ADPU da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Seminarda çıxış edən Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını qeyd edərək, bu istiqamətdə mübarizənin yalnız hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarının deyil, cəmiyyətin bütün institutlarının, o cümlədən təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Dekan xüsusilə uşaqların insan alveri və digər istismar formalarının potensial qurbanlarına çevrilməsinin qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.
Daha sonra insan alverinin mahiyyəti, onun qarşısının alınması və qurbanların müdafiəsi, uşaqların hüquqlarının və təhlükəsizliyinin təmin olunması, eləcə də təhsil müəssisələrində maarifləndirmə fəaliyyətinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda insan alveri hallarının erkən müəyyənləşdirilməsi, risk qruplarına daxil olan uşaqlara diqqətin artırılması, onların hüquqi savadlılığının yüksəldilməsi və təhsil müəssisələrində bu istiqamətdə sistemli maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















