Icma.az
close
up
RU
ADPU da fakültələr üzrə məzun görüşləri təşkil olunub

ADPU da fakültələr üzrə məzun görüşləri təşkil olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə müxtəlif illərdə universitetin Riyaziyyat, Fizika və Tarix və coğrafiya fakültələrində təhsil almış məzunlarla görüşlər keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşlərdə Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunlara universitetdə son illərdə həyata keçirilən yeniliklər, tədris və infrastruktur sahəsində görülən işlər, eləcə də məzunlarla əlaqələrin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Daha sonra ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək universitetin son illərdə əldə etdiyi nailiyyətlər, təhsil və elmi fəaliyyət sahəsində aparılan yeniliklər, beynəlxalq əməkdaşlıq imkanları və perspektiv inkişaf istiqamətləri haqqında danışıblar. Çıxışlarda məzunların universitet həyatında mühüm yer tutduğu və onlarla əlaqələrin davamlı saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Görüşlər çərçivəsində məzunlar vaxtilə təhsil aldıqları auditoriyaları ziyarət edib, universitetdə aparılan yeniliklərlə yaxından tanış olublar. Onlar tələbəlik illərinə dair xatirələrini bölüşərək universitetdə qazandıqları bilik və təcrübələrin peşə fəaliyyətlərində mühüm rol oynadığını qeyd ediblər.

Məzunlar, həmçinin ADPU-nun elektron kitabxanasında olublar. Kitabxana-İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova kitabxananın fəaliyyəti, elektron resursları, rəqəmsallaşdırma layihələri və istifadəçilərə təqdim olunan müasir informasiya xidmətləri barədə məlumat verib.

Görüşlərdə Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Tarix və Coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, eləcə də kafedra müdirləri – dosent Sevinc Cəlilova, professor Cahangir Hüseynov, dosent Naibə Əhmədova və professor Rafael Əhmədli çıxış ediblər.

Məzunlar adından Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Əziz Boran və ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının müəllimi dosent Dilbər Əliyeva çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüb, universitetdə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Görüşlər zamanı universitetlə məzunlar arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür tədbirlərin nəsillərarası təcrübə mübadiləsinə, məzun bağlılığının gücləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verdiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri