Icma.az
close
up
RU
ADPU da magistrantların VIII Respublika elmi konfransına başlanılıb

ADPU da magistrantların VIII Respublika elmi konfransına başlanılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VIII Respublika elmi konfransı işə başlayıb. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Plenar iclasda çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub. Hazırda bu strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirir. Azad olunmuş torpaqlarımızda təhsil ocaqları yaradılır. Respublika elmi konfransı da elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və ADPU-da elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqət hesab oluna bilər.

Vurğulanıb ki, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, mövcud ixtisaslaşmaların məzmununun, o cümlədən təhsil proqramlarının və tədris planlarının yenilənməsi istiqamətində iş aparılır. Hazırda universitetdə 22 ixtisas üzrə 30 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.

ADPU-nun magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə təhsilin təşkili və idarə olunması və təhsil üzrə marketinq fəaliyyəti ixtisaslaşmaları, eləcə də SABAH proqramı üzrə təlim və tədrisin təşkili və metodikası, təhsildə qiymətləndirmə və monitorinq, menecment (ali təhsilin təşkili və idarə olunması) ixtisaslaşmasını göstərmək olar.

Prorektor sonda qeyd edib ki, konfrans təkcə bilik mübadiləsi üçün deyil, həm də ölkəmizin təhsil siyasətinin inkişafı və gənc tədqiqatçıların gələcəkdəki töhfələri haqqında düşünmək üçün bir platformadır. Məqsədimiz mövcud tədqiqatların nəticələrini paylaşmaqla yanaşı, həm də elm və təhsil sahəsində rast gəlinən çətinlikləri müzakirə etmək və gələcəkdə bu sahələrin inkişafını necə irəlilədə biləcəyimizi müəyyənləşdirməkdir.

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi Rəşad Sadıqov diqqətə çatdırıb ki, builki konfransda 381 məruzə, o cümlədən 7 müxtəlif ali təhsil müəssisəsindən 54 magistrantın məruzəsi dinləniləcək. Bu, indiyə qədər əldə olunan ən yüksək nəticədir. Belə ki, ADPU ilə yanaşı Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetindən magistrantlar, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar iştirak edirlər.

Daha sonra ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri professor Əbülfət Pələngov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov çıxış edərək magistrantlara tövsiyələrini çatdırıblar.

Plenar iclasda ADPU-nun magistrantı Bəyim Nəbiyevanın “XXI əsr ali məktəbinin formalaşdırılması strategiyasına bir baxış”, BSU-nun magistrantı Rauf Quliyevin “Fənlərüstü inteqrasiyaya yeni yanaşma” mövzularında məruzələri dinlənilib.

Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri-1” və “Tədrisin müasir problemləri-2” bölmələri üzrə davam etdirib.

İki gün davam edəcək konfransda 381 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri