Icma.az
close
up
RU
ADPU da “Süleyman Sani Axundov 150” Respublika elmi praktik konfransı keçirilib

ADPU da “Süleyman Sani Axundov 150” Respublika elmi praktik konfransı keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan maarifçi-realist ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, pedaqoq və ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Süleyman Sani Axundov – 150” Respublika elmi-praktik konfransı keçirilib.

Konfransın açılışında ADPU-nun və Filologiya fakültəsinin rəhbərliyi və fakültənin professor-müəllim heyəti, eləcə də digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin alimləri iştirak ediblər.

Ədibin çoxşaxəli yaradıcılığını və maarifçilik ideyalarını müasir elmi kontekstdə müzakirə etmək məqsədi daşıyan konfransın plenar iclasında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Süleyman Sani Axundovun Azərbaycan ədəbiyyatında və maarifçiliyində tutduğu mövqedən bəhs edərək onun ideyalarının bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb. Rektor çıxışında qeyd edib ki, Axundovun əsərlərində təhsilin, əxlaqın və vətənpərvərliyin təbliği gələcək nəsillər üçün mühüm örnəkdir.

Çıxış edən Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova konfransın əhəmiyyətini qeyd edib və bu cür elmi tədbirlərin maarifçi ədiblərin irsinin gənc nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını bildirib.

Plenar iclasda ADPU-nun professoru Yaqub Babayev “Azərbaycan maarifçi-realist nəsrinin inkişafında Süleyman Sani Axundovun rolu” mövzusunda, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı isə “Süleyman Sani Axundovun ədəbi kimliyi: tarix və müasirlik kontekstində” mövzusunda məruzə ediblər.

Konfransda eyni zamanda akademik Muxtar İmanov (ADU), professor Təyyar Salamoğlu (ADPU) və dosent Qüdrət Umudov (ADPU) da çıxış edərək Axundovun yaradıcı irsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra konfrans öz işini paralel bölmə iclasları ilə davam etdirib. “S.S.Axundovun uşaq nəsri”, “S.S.Axundovun dramaturgiyası” və “S.S.Axundovun dili və pedaqoji görüşləri” adlı bölmələrdə ədibin yaradıcılığı və pedaqoji baxışları müxtəlif istiqamətlərdə ətraflı şəkildə müzakirə olunub.

Bölmələrdə təqdim edilən məruzələrdə Süleyman Sani Axundovun uşaq ədəbiyyatına verdiyi töhfələr, dramaturgiya sahəsindəki yenilikləri, həmçinin müəllim və pedaqoq kimi irəli sürdüyü maarifçi ideyalar tədqiq olunub.

Konfrans, Süleyman Sani Axundovun zəngin ədəbi-pedaqoji irsinin tədqiqinə və təbliğinə xidmət etməklə yanaşı, onun ideyalarının bu gün də aktuallığını bir daha ortaya qoyur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri