Icma.az
close
up
RU
ADPU da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib FOTOLAR

ADPU da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib FOTOLAR

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” adlı elmi-maarifləndirici tədbir keçirilib. 

Mia.az-ın məlumatına görə, Universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova giriş sözündə bildirib ki, tədbirin keçirilməsində məqsəd universitet kitabxanası ilə məktəb kitabxanalarının qarşılıqlı əlaqələrinin qurulmasına töhfə vermək, şagirdlər və gənc oxucularda rəqəmsal savadlılıq, tənqidi düşüncə, süni intellekt, Aİ alətlərindən etik və səmərəli istifadə bacarığı formalaşdırmaqdır. Süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı sahələrdə istifadə olunduğunu bilmək zamanın tələbidir. 

Zinharə Həsənova analoji mövzuda tadbirlərin gələcəkdə də təşkil olunacağını vurğulayıb. 

ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarından istifadə genişlənir. Rəqəmsal transformasiyanın sürətlə getdiyi üçün biz də zamanla ayaqlaşmalı, süni intellekt imkanlarından maksimum yararlanmağa çalışmalıyıq. 
Rektor qeyd edib ki, informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsi mühüm vəzifə kimi qarşımızda dayanır: “Süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına hamılıqla töhfə verməliyik”.

ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, hər bir ali təhsil ocağının zəngin kitabxanaya ehtiyacı var. Onun sözlərinə görə, müasir dövrdə kitabxana dedikdə yalnız rəflərdəki bəzəkli kitablar nəzərdə tutulmur: “Müasir kitabxanalar ənənəvi kitablarla yanaşı, həm də süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artıra bilərlər. Dəqiqlik, sürət və fərdiləşdirmə imkanları baxımından bu çox vacibdir. Bu üsulla həm də kitabxana xidmətlərinin keyfiyyətini yüksəltmək mümkündür”. 

Tədbirdə M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Təhməzova, ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev, Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, süni intellektin növbəti onillikdə gündəlik həyata hərtərəfli inteqrasiya edəcəyini nəzərə alaraq universitet kitabxanalarının rəqəmsallaşdırılmasının önəmli olduğunu vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri