Icma.az
close
up
RU
ADPU da gənclərin zərərli vərdişlərdən qorunması mövzusunda tədbir keçirilib

ADPU da gənclərin zərərli vərdişlərdən qorunması mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən təcrid edilməsi” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirdən əvvəl iştirakçılar universitetin Heydər Əliyev muzeyini ziyarət edib, Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək mövzunun aktuallığını vurğulayıb. O bildirib ki, müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından son dərəcə önəmlidir, zərərli vərdişlər yalnız fərdi sağlamlığa deyil, həm də təhsil və sosial münasibətlərə mənfi təsir göstərir. Universitetlərin təkcə bilik verən müəssisələr deyil, həm də sağlam həyat tərzinin təbliği üçün mühüm mərkəz olduğunu bildirən prorektor gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib, bu işdə universitetlərin, valideynlərin və ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və ictimai fəaliyyətə fəal qoşulmaq gənclərin həm fərdi, həm də sosial uğurunun təməlidir. O, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb.

Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov çıxışında hüquq-mühafizə orqanlarının gənclərlə bağlı gördüyü profilaktik tədbirlərdən danışıb. O, zərərli vərdişlərin təkcə şəxsi sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə zərər vurduğunu qeyd edib. N.Bayramov gəncləri asudə vaxtlarını faydalı məşğuliyyətlərə yönləndirməyə, idman və təhsilə üstünlük verməyə çağırıb.

Daha sonra Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Orxan Aydınov icra strukturlarının gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb. O bildirib ki, gənclərin düzgün formalaşması təkcə təhsil müəssisələrinin deyil, həm də ailə və ictimai təşkilatların birgə fəaliyyətindən asılıdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see6396

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see259

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see245

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see224

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see194

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see166

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see154

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see133

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see128

Laporta Messinin kluba qayıda biləcəyini açıqladı

14 Noyabr 2025 20:23see124

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see122

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri