Icma.az
close
up
RU
ADPU ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb FOTOLAR

ADPU ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov qarşılıqlı birgə fəaliyyətin əhəmiyyətinə toxunaraq bildirib ki, bu istiqamətdə həyata keçirilən işlər ölkəmizdə pedaqoji təhsil siyasətinin müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, innovativ düşüncəyə malik, bilikli kadrların hazırlanmasına mühüm töhfə verir. Rektor Hədəf Şirkətlər Qrupunun bu sahədəki fəaliyyəti və təşəbbüslərini yüksək qiymətləndirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq göstərilən diqqət və hörmətə görə təşəkkür edib, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bir neçə ildir davam edən əməkdaşlıq əlaqələrinin bu memorandumla rəsmi səviyyəyə yüksəlməsinin önəmini vurğulayıb. O bildirib ki, 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqi də ADPU ilə birgə təşkil olunacaq. Qeyd edilib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsi üçün imkan yaradacaq, eyni zamanda bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər tədbirdə iştirak edəcəklər.

Şəmil Sadiq vurğulayıb ki, imzalanan sənəd hər iki qurumun beynəlxalq təhsil müstəvisində birgə fəaliyyətinə hüquqi əsas yaratmaqla yanaşı, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunələrindən biridir.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq əməkdaşlıq memorandumunu imzalayıblar.

Memorandum təhsil, elmi-tədqiqat, təcrübə, kadr hazırlığı və STEAM istiqamətləri üzrə əməkdaşlığın hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişdirilməsi, STEAM əsaslı təhsil modelinin inkişafı, müasir təcrübə və metodikaların birgə tətbiqi, eləcə də universitetlə Hədəf Şirkətlər Qrupu arasında elmi-metodik, praktiki və innovativ layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri