UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorandumu imzalanıb FOTOLAR
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Rabitəbank” ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
"Unikal" xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovun imzaladığı memorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsil və bank sektoru arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.
Memoranduma əsasən, tərəflər bank sahəsində müasir texnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübə mübadiləsi aparacaqlar, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgə kommersiya yönümlü təlimlər həyata keçirəcəklər. Bundan başqa, memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübə proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera günləri”nin təşkili də nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 30 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















