Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

ADPU nun Quba filialında 20 Yanvar şəhidləri anılıb AZƏRTAC

ADPU nun Quba filialında 20 Yanvar şəhidləri anılıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il yad edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla anır və bu faciəni heç vaxt unutmayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar təşkil olunan “20 Yanvar - tarixi yaddaşımız” mövzusunda anım tədbirində bildirilib.

Mərasimdə şəhid ailələrinin nümayəndələri, ADPU-nun Quba filialının professor-müəllim və tələbə heyəti iştirak edib.

Heydər Əliyev Lektoriyasında təşkil olunan tədbirdə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminin əvvəlində 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətə etiraz etmək üçün qanlı hadisədən dərhal sonra Azərbaycan Respublikasının Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu insanlıq faciəsini törədənləri kəskin ittiham edən Ulu Öndər Heydər Əliyevin mətbuat konfransındakı çıxışından bir parça nümayiş olunub.

Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev xalqımızın apardığı milli-azadlıq mübarizəsinin ayrı-ayrı istiqamətlərinə toxunaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qazanılan milli-ideoloji nailiyyətləri ümumxalq sərvəti kimi dəyərləndirib. Keçmiş SSRİ-nin süqutu illərində təcavüzkar Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız ərazi iddiaları ilə başlanan proseslərdə Azərbaycan xalqının göstərdiyi müqavimətdə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı ideoloji xəttin tarixi rol oynadığını diqqətə çatdıran direktor deyib ki, 20 Yanvar hadisələri Azərbaycan üçün ümumxalq faciəsi olmaqla bərabər, həm də dövlətçilik yolunda milli-azadlıq salnaməsinin başlanğıc nöqtəsi olduğu üçün tarixi yaddaşımızı özündə əks etdirir. Dünya şöhrətli siyasi xadim Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu faciəni törədənləri ifşa etdi, onları insanlıq cinayəti törətməkdə suçlayaraq qanlı hadisənin ört-basdır edilməsinə imkan vermədi. Xalqımızın haqq səsi bütün dünyaya yayıldı. Sonrakı dövrdə məhz Ulu Öndərin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan parlamenti 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verərək təqsirkarların adlarını açıqladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli Zəfər və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması xalqımızın milli-azadlıq və dövlətçilik arzularının gerçəkləşməsidir.

Tədbirdə Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, şəhid ataları Ayaz Fətəliyev, Muxtar Murtuzov çıxış edərək 20 Yanvar faciəsində baş verənləri Azərbaycan xalqının milli cəsarəti, qəhrəmanlığı, xalqımızın bütövlüyünün, birliyinin, həmrəyliyinin, torpağa və Vətənə bağlılığımızın bariz nümunəsi olduğunu ifadə ediblər.

Anım tədbirinin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri Şəhanə Hüseynova və Aysun Əliyeva 20 Yanvar faciəsinə, şəhidlərimizin qəhrəmanlığına həsr olunan şeirlər oxuyublar.

Pedaqoji Universitetin Quba filialının dəhlizində 20 Yanvar – Ümumxalq Hüzn Gününə aid acılar, faciənin siyasi səbəb, məqsəd və nəticələrini özündə əks etdirən nadir əsərlərdən ibarət kitab sərgisi qurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri