Icma.az
close
up
RU
20 Yanvar faciəsinin Borçalı şəhidləri

20 Yanvar faciəsinin Borçalı şəhidləri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə başlayıb. Sovet rəhbərliyi bu xəyanətin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. Hərbi müdaxilə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Şəhidlər arasında Borçalıda doğulmuş soydaşlarımız da var.

“Ölmək istəmirəm”

Vəfadar Osman Oğlu Eminov 1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyub, gündüzlər isə 1 nömrəli tikiş fabrikində fəhlə işləyib. 

O, yanvarın 21-də sessiya imtahanını verib.  İmtahandan “5” aldıqdan sonra Qədirli adına xəstəxanaya gedərək yaralılara qan verib, ürəyi rahatlıq tapıb. Yanvarın 23-də növbəti dəfə qan verdikdən sonra “Olimp” mağazasının yaxınlığında snayper gülləsi ilə vurulub. Şahidlərin sözlərinə görə, yaxınlıqda olanlar Vəfadara “oradan getmə” deyiblər. Vəfadar isə onları dinləməyib... 

Yaralı gənci xəstəxanada görənlər, “Bu ki bayaq qan verən oğlandır” deyiblər. Vəfadar neçə yaralıya qan verib yaşatmışdı, lakin özü namərd gülləsi ilə şəhid oldu. 

Həlak olandan sonra cibindən tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, “Qarabağ” siqareti çıxıb. Maraqlıdır ki, o, siqaret çəkməyib. Bu, bir təsadüfdürmü?

 Vəfadarın son sözü bu olub: “Yaşamaq istəyirəm, sağalacağammı? “Ölmək istəmirəm”.

2 övladı yadigar qaldı

Rəşid İslam oğlu İsmayılov 1949-cu il avqustun 27-də qədim Qarayazıda–Ağtəhlə kəndində anadan olub. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Dəmiryolu İdarəsində dispetçer vəzifəsində işləyib. 

O müdhiş gecə işdən evə, balalarının yanına qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanıb, Biləcəridəki 2 nömrəli Dəmiryol Xəstəxanasına aparılıb. Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşayıb və yanvarın 23-də 40 yaşında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalmışdır.

Rəşid İsmayılovun 2 övladı yadigar qalıb. Şəhidlər xiyabanında dəfn olunub.

Onun 24 yaşı var idi

Ələsgər Qayıbov 1966-cı il martın ­15-də Qaraçöp elinin Yormuğanlı kəndində anadan olub. Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi. 

Cəmi 24 yaşın içində idi. 20 Yanvar gecəsi xeyli yaralıya kömək etmişdi. “Gənclik” metro stansiyasının yanından 5 nömrəli xəstəxanaya bir neçə yaralı aparmışdı. Sonuncu dəfə özü yaralı kimi qayıtdı, mürəkkəb cərrahiyyə əməliyyatı aparıldı.

Yanvarın 21-də gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı. Ələsgər Qayıbov Şəhidlər xiyabanında dəfn olunub. 

Həkim olmaq istəyirdi

Tenqiz Turabov 1966-cı ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Tenqiz işləmək üçün İrkutsk vilayyətinə gedib. Eyni zamanda tibb məktəbinin birinci kurs tələbəsi idi. Həkim olmaq ən böyük arzusu olub.

O, Azərbaycandakı hadisələri daim izləyib. Məzuniyyət götürərək Bakıya gəlib. O gecə Şmidt adına zavodun qarşısında aldığı güllə yarası nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb. Şəhidlər xiyabanında dəfn edilib.

Sonadək yaralılara  kömək etdi

İlqar Hümbət oğlu Əhmədov 1965-ci ilin may ayının 25-də Borçalı mahalının Faxralı kəndində anadan olub. İlqar o vaxtlar Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun 4-cü kurs tələbəsi idi. 

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə İlqar dostları ilə birlikdə Salyan kazarmasının yanında hərbçilərin dinc əhaliyə divan tutan vaxt yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salıb. İlqarın və dostlarının yaralılara kömək etmələri hərbçilərin xoşuna gəlməyib və onu da atəşə tutublar. Güllə sol gözündən dəyib. Aldığı bu ağır güllə yarasından yerindəcə dünyasını dəyişib və şəhid olub. İlqar Əhmədov Faxralı kəndində dəfn edilib.

Hazırladı: 
PÜNHAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri