ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin Türkiyəyə səfəri davam edir.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində rektor professor Cəfər Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe və Çankaya universitetlərində rəsmi görüşlər keçirib.
Səfərin əsas məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin aparılmasıdır. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunub.
Görüş çərçivəsində ADPU nümayəndə heyəti Hacettepe və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















