Hacettepe Universitetinin professoru Mərkəzi Elmi Kitabxanasının qonağı olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 19 may, AZƏRTAC
Türkiyənin Hacettepe Universitetinin İnformasiya və sənəd idarəetməsi fakültəsinin professoru, kitabxanaşünas alim Bülent Yılmaz AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə keçirilən görüşdə qonağa kitabxananın fəaliyyəti, fondları və rəqəmsallaşma prosesi haqqında ətraflı məlumat verib. MEK-in beynəlxalq əlaqələrinə toxunan H.Hüseynov Türkiyənin iri kitabxanaları ilə səmərəli tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb.
Türkiyəli alim kitabxananın fondlarında olub, burada mühafizə edilən nadir nəşrlərə baxıb.
Görüş əsnasında qonaq müasir standartlara cavab verən kitabxananın əhəmiyyətini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















