Adriyen Rabyonun anası: Onun heyətdən kənarlaşdırıldığını öyrənəndə sanki başıma küt alətlə vurdular
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Adriyen Rabyonun agenti olan anası "Marsel"in futbolçunu heyətdən kənarlaşdırması ilə bağlı danışıb.
İdman.biz xəbər verir ki, "Renn"ə 0:1 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağında Rabyo ilə Conatan Rou arasında dava baş verib.
Nəticədə hər iki futbolçu komandanın heyətindən uzaqlaşdırılıb və transferə çıxarılıb.
Veronika Rabyo RTL radiostansiyasına açıqlamasında bildirib: "Onun heyətdən kənarlaşdırıldığını öyrənəndə sanki başıma küt alətlə vurdular. Bu, sadəcə o insidentə görə ola bilməzdi. Özümü pis hiss edirəm, çünki o, "Marsel" üçün çox şey etdi, amma ona qarşı belə davranırlar… Adrien qəzəbli deyil, amma çox məyusdur. Baş məşqçi De Zerbi xəyanətdən danışır, amma bu halla üzləşən elə Adrien olub.
Mən belə bir şeyin baş verəcəyini gözləmirdim. Düşünürdüm ki, ən pis günlər PSJ-də qalıb, amma yanılmışam. Əgər o, bu mövsümü buraxsa, bu, fəlakət olar. Biz artıq belə bir şey yaşamışıq və təkrarlanmasını istəmirik".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















