Icma.az
close
up
RU
ADSEA: Kollektorun üzərinin sahibkarlar tərəfindən örtülməsi ərazinin qəzalı olduğunu görməyə maneə yaradıb

ADSEA: Kollektorun üzərinin sahibkarlar tərəfindən örtülməsi ərazinin qəzalı olduğunu görməyə maneə yaradıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.

“Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, xəttin mühafizə zonası ağırçəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə maneə olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib. Qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları söküblər. Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”, - deyə qurumun məlumatında qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see241

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see130

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see124

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see124

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see122

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see121

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see121

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see120

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see120

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see120

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see117

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see116

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri