ADSEA sədri: "Su ehtiyatlarının davamlı idarə olunması strateji əhəmiyyət daşıyır"
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Su ehtiyatlarının davamlı idarə olunması Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week" (Bakı Su Həftəsi) açılışında deyib.
O bildirib ki, ölkədə son illərdə bu sahədə geniş islahatlar həyata keçirilir: "Milli su strategiyası hazırlanıb və uğurla icra olunur. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir".
ADSEA rəhbərinin sözlərinə görə, Bakı Su Həftəsi artıq ənənəyə çevrilməkdədir: "Keçən il uğurla keçirilən ilk tədbir bu platformanın nə qədər zəruri olduğunu göstərib. Bu gün isə biz su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı əldə edirik".
Z.Mikayılov qeyd edib ki, konfrans çərçivəsində panel müzakirələri, təqdimatlar və fikir mübadilələri milli su strategiyasının hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















