Icma.az
close
up
RU
ADU da “Dil müəllimləri 2026” Forumu: təhsildə transformasiya və yeni pedaqoji yanaşmalar

ADU da “Dil müəllimləri 2026” Forumu: təhsildə transformasiya və yeni pedaqoji yanaşmalar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universitetində keçirilən “Dil müəllimləri - 2026” Forumu müasir təhsil sistemində baş verən elmi-pedaqoji dəyişikliklərin müzakirəsi üçün mühüm platforma olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 400-dən çox müəllim, tədqiqatçı və ekspertin qatıldığı tədbirdə dil tədrisinin konseptual əsasları, müəllimin dəyişən rolu və texnologiyaların təhsilə inteqrasiyası ətrafında fikir mübadiləsi aparılıb.

Forumda vurğulanıb ki, müasir müəllim artıq yalnız bilik ötürən deyil, öyrənmə prosesini idarə edən və şagirdlərin tənqidi düşünməsini formalaşdıran pedaqoji liderdir. Dilin yalnız kommunikasiya vasitəsi deyil, həm də düşüncə mexanizmi olduğu qeyd edilərək, tədrisin daha çox real situasiyalara əsaslanmasının vacibliyi önə çəkilib.

Müzakirələrdə öyrənənlərin aktiv iştirakçı kimi rolu, fənlərarası inteqrasiyanın əhəmiyyəti və dil bacarıqlarının praktik tətbiqi xüsusi qeyd olunub. Eyni zamanda, süni intellektin təhsildə istifadəsinin müəllimi əvəz etmədiyi, əksinə onun fəaliyyətini gücləndirdiyi bildirilib. ADDIE modeli isə tədrisin planlaşdırılmasında effektiv metod kimi təqdim edilib.

Forum çərçivəsində müəllimin emosional vəziyyəti, peşə məmnunluğu və etik məsuliyyət məsələləri də diqqət mərkəzində olub. Ümumilikdə tədbirdə təhsil sisteminin rəqəmsal və qlobal transformasiya mərhələsində olduğu və bu prosesdə dil müəllimlərinin strateji rol oynadığı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri