Icma.az
close
up
RU
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutub. Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşmək olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Foruma ev sahibliyi edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında builki tədbirin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor müasir universitetin yalnız mütəxəssis hazırlayan deyil, həm də yeni bilik yaradan, elmi tədqiqat və innovasiyaları təşviq edən intellektual mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva bildirib ki, təhsil prosesində innovativ yanaşmaların tətbiqi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi və milli-mənəvi dəyərlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında təhsilin inkişafında müəllimlərin mühüm rolunu vurğulayıb.

Nazir təhsilin əsas məqsədinin hər bir şagirdin öyrənməsini təmin etmək olduğunu bildirərək təhsilin əlçatanlığı, keyfiyyəti və bərabər imkanların yaradılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda əsas məruzə ilə onlayn formatda çıxış edib. Andreas Şleyxer süni intellekt dövründə tənqidi düşünmə, məlumatı qiymətləndirmə və müxtəlif mənbələr arasında əlaqə qurmaq kimi bacarıqların əhəmiyyətinin daha da artdığını bildirib.

Forum çərçivəsində TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni intellekt mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib. Təqdimatlarda “İnformasiya bolluğu, məna qıtlığı”, “Gələcəyin məktəbi: memarlıq öyrənmə, rifah və icmanı necə formalaşdırır?”, “Təhsildə süni intellekt: Sinqapurun ilk təcrübələri” və “Heç kim baxmayanda: süni intellekt dövründə xarakter tərbiyəsi” mövzularına toxunulub.

Forum çərçivəsində, həmçinin professor Ziya Səlcuqla sual-cavab sessiyası keçirilib. Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulub.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri