Icma.az
close
up
RU
ADU nun Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının 104 cü ildönümü qeyd olunub

ADU nun Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının 104 cü ildönümü qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 iyun, AZƏRTAC

“Çin Kommunist Partiyası ilə Dünya Siyasi Partiyaları arasında yüksəksəviyyəli dialoq” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Kommunist Partiyasının (ÇKP) yaradılmasının 104-cu ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixi” mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib.

Mühazirədə Yeni Azərbaycan Partiyası (YAP) və ÇKP arasında əməkdaşlığın uğurlu inkişafından, ÇKP Mərkəzi Komitəsi nümayəndə heyətinin YAP-ın I qurultayında iştirakından danışılaraq Ümummilli Lider Heydər Əliyevin Çin nümayəndələri ilə görüşü xatırladılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafına dair müzakirələr aparılıb. R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin ÇKP Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao ilə görüşünü xatırladaraq, həmin görüşdə YAP ilə ÇKP arasında əlaqələrin inkişafı, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldığını söyləyib.

R.Abbasov “Böyük İpək Yolu İqtisadi Qurşağı” proqramının həyata keçirilməsində YAP və ÇKP-nin mühüm rolu olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın 25 illik yubileyinə həsr olunan mərasimdəki çıxışında Azərbaycanın Avrasiya qitəsindəki nəqliyyat mərkəzlərindən birinə çevrilməsinin və nəqliyyat sahəsində tranzit ölkə statusunun əldə edilməsinin vacibliyini xüsusi qeyd etdiyini vurğulayıb. O, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində iki ölkənin aparıcı partiyalarının əhəmiyyətli rolu haqqında məlumat verib. Bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir. 2024-cü ilin iyul ayında liderlər Çin-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin yaradıldığını elan edərək, iki ölkə arasında partiyalararası əlaqələr üçün daha geniş perspektivlər açdılar. Ötən ilin noyabr ayında YAP Sədrinin müavini Tahir Budaqov, ÇKP Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin rəhbəri Lü Tzyançao ilə görüşüb və iki partiya arasında əməkdaşlıq barədə memorandumu imzalayıblar. ÇKP YAP ilə ənənəvi dostluq münasibətlərinə dəyər verir və bu partiya ilə siyasi dialoqu və strateji əlaqələri gücləndirmək, müxtəlif səviyyələrdə əlaqələri sıxlaşdırmaq, iki partiya arasında əməkdaşlıq memorandumunu həyata keçirmək, müxtəlif sahələrdə qarşılıqlı əlaqələri inkişaf etdirmək və Çin-Azərbaycan xalqları arasında dostluğu nəsillər boyu davam etdirmək üçün səy göstərməyə hazırdır.

R.Abbasov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə iki ölkənin münasibətləri iqtisadi əməkdaşlıqdan başlamış, mədəniyyət və təhsil mübadilələrinə qədər müxtəlif istiqamətlərdə davamlı şəkildə genişlənib. Bu əlaqələrin mühüm istiqaməti YAP ilə ÇKP-nin sıx əməkdaşlığıdır. O, həmçinin YAP ilə ÇKP arasında əməkdaşlıq memorandumunun imzalanmasının partiyalararası əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib, hər iki partiyanın gənc üzvlərinin gələcək tədbirlərdə fəal iştirakına, ölkələrimiz arasında münasibətlərə yeni-yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Mühazirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığı vurğulanıb. Birgə Bəyanatda qeyd olunub ki, “Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər”. R.Abbasov onu da əlavə edib ki, ÇKP və YAP arasında əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir. R.Abbasov qeyd edib ki, ÇKP ilə dünya siyasi partiyaları arasında “Yüksəksəviyyəli dialoqun” əsas mövzusu Çinin beynəlxalq siyasətinin “Bəşəriyyət üçün ortaq tale icması” yaratmaq strateji hədəflərinin təbliğidir. Bu gün beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşdığı, yeni təsir mərkəzlərinin yarandığı bir dövrdə bir çox ölkələrin xalqlarının öz milli suverenliyinin və tarixi-mədəni əsaslarının müdafiəsi hazırlığı artır. Çin bütün ölkələrin xalqlarının öz şəraitindən asılı olaraq müstəqil inkişaf yolunu seçməsinə hörmətlə yanaşmağa və dəstək verməyə, həmçinin müstəqillik və müxtəliflik, modernləşmə yollarının özünəməxsusluğu prinsiplərini müdafiə etməyə, insan cəmiyyətinin müasirləşdirilməsi sahəsində birgə fəaliyyətə, qlobal idarəçilik və ədalətli beynəlxalq nizamın formalaşdırılmasına çağırır.

R.Abbasov Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Qlobal sivilizasiya təşəbbüsü”nü xüsusi vurğulayıb. Qeyd edib ki, ÇKP-nin tarixi xalqın taleyi ilə sıx bağlıdır. Tarix də sübut edib ki, ÇKP olmadan nə yeni Çin dövləti, nə də Çin səciyyəli sosializm mövcud ola bilməzdi. Dünyada nəhəng hakim partiyalardan biri olan ÇKP-nin rəhbərliyi ilə ölkə az bir müddətdə qlobal gücə və dünya iqtisadiyyatının lokomotivinə çevrilib. Onun yaratdığı unikal idarəetmə sistemi milli təhlükəsizliklə əlaqədar istənilən təhdidlərə qarşı mübarizə aparmağa qadir olan təşkilatçı qüvvəyə çevrilib. Bu gün Çin “Ortaq müqəddərat birliyi konsepsiyasını” reallaşdıraraq qarşılıqlı hörmət, bərabərlik və ədalət, əməkdaşlıq və qarşılıqlı mənfəətə əsaslanan yeni beynəlxalq münasibətlər formalaşdırır. R.Abbasov, həmçinin ADU-nun Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu barədə danışıb. Qeyd edib ki, bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see188

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see181

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see146

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see136

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see133

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see133

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see132

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see130

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see130

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see128

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri