Icma.az
close
up
RU
525 ci qəzet ADU nun Konfutsi İnstitutunda Azərbaycan Çin əməkdaşlığına dair seminar keçirilib

525 ci qəzet ADU nun Konfutsi İnstitutunda Azərbaycan Çin əməkdaşlığına dair seminar keçirilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin Azərbaycandakı səfirliyinin və Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində “Çin və Azərbaycan arasında dövlətlərarası və partiyalararası əlaqələr” mövzusunda elmi seminar keçirilib.

Bu barədə 525.az-a Konfutsi İnstitutundan məlumat verilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao iki ölkə arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini söyləyib. Müvəqqəti işlər vəkili 2024-cü ilin iyul ayında ŞƏT-in Astanada keçirilmiş Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunduğunu xatırladıb. O, həmçinin ötən ilin noyabrında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumu imzalandığını qeyd edib.

Seminarda məlumat verilib ki, Çin 2025-ci ili “ŞƏT-in Davamlı İnkişaf İli” elan edib və dünya üzrə inkişaf təşəbbüsləri əsasında 8 əsas sahədə əməkdaşlığı təşviq etməyi planlaşdırır. Çinin sədrliyinin əsas iş şüarı “Şanxay ruhunu təşviq etmək: ŞƏT fəaliyyətdə” deməkdir. Bu, ŞƏT-in əməli işlərə yönəlmiş bir təşkilat olduğunu bir daha təsdiqləyir. Çin ŞƏT çərçivəsində 100-dən artıq tədbir keçirməyi planlaşdırır, müxtəlif sahələrdə praktiki əməkdaşlığı gücləndirir, ŞƏT-in ortaq taleyə malik cəmiyyətinin formalaşdırılmasını təşviq edir.

Qeyd olunub ki, Azərbaycan 2016-cı ildən etibarən ŞƏT-in dialoq tərəfdaşı olub və ŞƏT ailəsinin mühüm üzvüdür. Çin Azərbaycana ŞƏT ilə əməkdaşlığı gücləndirməsi və bu təşkilatda hüquqi statusunun yüksəldilməsinə dəstək göstərir.

Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurası 2025-ci ili “Dayanıqlı İnkişaf İli” elan edib.

Konfutsi İnstitutunun direktoru bildirib ki, hazırda Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın bu nüfuzlu təşkilatda iştirakının əhəmiyyətini şərtləndirən mühüm amil həm də bu gün ölkəmizin qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə artan töhfəsidir. R.Abbasov çıxışında ŞƏT-in Zirvə toplantıları çərçivəsində Azərbaycan və Çin liderlərinin görüşləri barədə məlumat verib. O deyib ki, iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət, daxili işlərinə qarışmamaq, təcavüz etməmək, bərabərlik və qarşılıqlı bəhrələnmə, dinc yanaşı yaşama öhdəliklərini təsdiqləyir, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın gücləndirilməsini dəstəkləyirlər.

Seminarda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının üzvü Səbinə Xasayeva öz çıxışında qədim Böyük İpək Yolu ilə bağlı olan hər iki ölkənin xalqları arasında uzun tarixə malik dostluq əlaqələrini qeyd edib, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin əlaqələrinin dərinləşməsində əhəmiyyətini, o cümlədən ölkəmizin irimiqyaslı nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə mühüm töhfələr verdiyini xüsusi vurğulayıb. S.Xasayeva Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsindən, ölkə liderlərinin siyasi iradəsi sayəsində strateji dövlət problemlərinin həlli ilə bağlı hakim partiyalar arasında dialoqun genişlənməsindən danışıb.

Sonra Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev, təşkilatın üzvü Anastasiya Lavrina çıxış ediblər. Çıxışlarda iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafında gənclərin rolundan, media arasında əlaqələrin gücləndirilməsindən söz açılıb, ŞƏT çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Seminarın bədii hissəsində ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin ifasında ənənəvi Çin mahnıları və milli rəqslər təqdim olunub.

Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Heydər Əliyev -101. Azərbaycan-Çin (1993-2003)” kitabı hədiyyə edilib.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri