Icma.az
close
up
RU
“Qurultay ərəfəsində arzum budur ki…” Təmraz Tağıyev

“Qurultay ərəfəsində arzum budur ki…” Təmraz Tağıyev

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycan xalqı bu gün mühüm bir tarixi siyasi hadisənin astanasındadır. Bu günlərdə Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək. Mən də YAP-ın Nərimanov təşkilatının ilk təsis konfransının iştirakçısı olaraq belə mötəbər siyasi bir tədbirdə yer aldığım üçün çox məmnunam”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri 22 il ərzində YAP-ın Nərimanov təşkilatının sədri olmuş, hazırda isə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev qeyd edib  ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olmuş mürəkkəb siyasi vəziyyətin yaratdığı, habelə dövrün təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin tərənnüm etdiyi bir partiya olaraq yaranıb: “Məlum olduğu kimi, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Ulu Öndər Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan edib. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyev bu müraciətə müsbət cavab verərək təklifi qəbul edib.

21 noyabr 1992-ci il tarixində isə Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirilib və 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilib.

Bununla bağlı maraqlı məqama toxunan Təmraz Tağıyev bildirib ki, 1992-ci ilin noyabr ayından başlanan siyasi proseslər az müddət ərzində genişlənərək paytaxt Bakı şəhərində YAP-ın ilk təsis konfrasının keçirilməsi zərurətini yaratmış oldu. 28 yanvar 1993-cü il tarixində müxalifətdə olan partiyanın vətənpərvər üzvlərinin dəstəyi ilə çətinlik və siyasi represiyalara sinə gərərək ilk olaraq Nərimanov rayon təşkilatının təsis konfransı keçirildi. Təsis kofransı məşhur “91-lər”dən olan mərhum Kərim Kərimovun təşkilatçılığı ilə və o illlərdə Nərimanov rayonunda yerləşən “Elektromexanika” İnstitutunun direktoru işləyən Haşım Musayevin yaxından iştirakı ilə baş tutmuşdu”.

T.Tağıyev qeyd edib ki, YAP yaranması ilə xaos və hərc-mərcliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almağa və məhv olmaq təhlükəsi ilə üz-üzə olan dövlətimizin xilas edilməsində yeni inkişaf dövrünün başlamasına səbəb oldu: “Sonrakı dövrdə ölkəmizdə gedən siyasi proseslər bir daha göstərdi ki, YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. Ozamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi.

Mənim 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında 121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitinqdə iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və Ulu Öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-ın Nərimanov rayon təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm.

O ağır və gərgin illərdə bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər”.

Təmraz Tağıyevin sözlərinə görə, bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızın erməni işğalından azad edilməsi ilə bağlı atdığı addımlar, ölkəmizin inkişafına söykənən səmərəli fəaliyyəti nəticəsində yüz minlərlə üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanması da tarixi faktdır: “Ulu Öndər bizə üç əmanət qoyub: Azərbaycan dövlətini, Yeni Azərbaycan Partiyasını və Prezident İlham Əliyevi. Vətənini və dövlətini sevən hər bir şəxs bu əmanəti qorumalı və onun daha böyük zirvələri fəth etməsinə öz dəstəyini göstərməlidir.

Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır. Hazırda Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir.

Qurultay ərəfəsində arzum budur ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də zamanın çağırışlarına uyğun inkişaf etsin, yeni ideyalarla zənginləşsin və cəmiyyət qarşısında üzərinə götürdüyü məsuliyyəti layiqincə davam etdirsin”.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri