Icma.az
close
up
RU
ADY də ABŞ nin biznes nümayəndə heyəti ilə görüş keçirildi FOTOLAR

ADY də ABŞ nin biznes nümayəndə heyəti ilə görüş keçirildi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Unikal"a ADY-dən bildirilib.

Məlumata görə, görüş zamanı qonaqlara ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm nailiyyətlərdir.

Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.

ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı nəqliyyat və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib. 2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə müqayisədə 47 faiz çoxdur.

Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.

ABŞ-nin biznes nümayəndə heyəti ADY-nin irimiqyaslı fəaliyyəti barədə ətraflı məlumata görə təşəkkür edib, qurumun xüsusilə beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda mühüm rol oynadığını və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri