Icma.az
close
up
RU
ADY dən sərnişinin ata adı iradına cavab

ADY dən sərnişinin ata adı iradına cavab

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaş sosial şəbəkədə paylaşım edərək bildirib ki, Bakı-Ağstafa qatarı ilə Gəncəyə gedərkən qeydiyyat zamanı ondan əlavə 5 manat ödəniş tələb olunub.

Qeydiyyat zamanı ona saytdan aldığı biletlə şəxsiyyət vəsiqəsindəki məlumatların uyğun gəlmədiyi deyilib və ata adının olmadığı göstərilib.

Onun sözlərinə görə, bilet alarkən saytda ata adı bölməsi avtomatik aktiv olmadığı üçün bu məlumatı daxil etməyib. O deyib ki, bu məlumatın məcburi olduğu barədə saytda aydın xəbərdarlıq olmayıb.

Başqa sərnişinlər də bildiriblər ki, əgər hər hansı məlumat məcburidirsə, bu, qeydiyyat zamanı başqa vacib xanalar kimi aydın şəkildə göstərilməlidir. Onların fikrincə, FIN kod daxil edildikdə sərnişinin digər məlumatları avtomatik çıxmalı və mümkün səhvlərin qarşısı alınmalıdır.

Sərnişinlər həmçinin qeyd edirlər ki, bəzi hallarda məlumatlardakı uyğunsuzluqlar gediş zamanı deyil, sonrakı mərhələdə problem yaradır və bu da əlavə xərcə səbəb olur.

“Ata adı” bölməsində “yoxdursa boş saxlayın” yazıldığı halda, bu məlumatın daxil edilməməsinə görə sərnişinə niyə cərimə tətbiq olunub?

FIN kod əsasında sərnişin məlumatlarının avtomatik doldurulması sistemi tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev Bizimyol.info xəbər portalına bildirib: “Qatar biletində sərnişinin soyadı, adı və ata adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi tam və düzgün qeyd olunmalıdır. Bu tələb sərnişinin dəqiq identifikasiyası, biletlərin sistemdə düzgün yoxlanılması və nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Məlumatlarda iki hərfdən artıq fərq olduqda və ya ata adı qeyd edilmədikdə (ata adı varsa) bilet etibarsız hesab olunur”.

Sərnişinin səfərdən qalmaması üçün qatar heyəti biletdəki məlumatların düzəldilməsi imkanını təqdim edir və 5 AZN ödəniş etməklə səfəri davam etdirmək mümkündür”.

Bəxtiyar Hacıyev deyib: “Doldurulması vacib olan xanalarda ulduz işarəsi olduğu kimi, ata adının qeyd olunduğu xanada da ulduz işarəsi var və aydın şəkildə “ata adı yoxdursa, boş saxlayın” qeydi yazılıb”.

Bəxtiyar Hacıyev əlavə edib: “Hər bir sərnişin bilet alışı prosesi zamanı ödəniş etməzdən öncə qaydalarla tanış olduğunu təsdiqləyir. Sərnişinlərimizdən xahiş edirik ki, qaydaları diqqətlə oxusunlar, eyni zamanda fərdi məlumatları doldurarkən yanlışlığa yol verməsinlər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:407
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri