Fransa İrana qarşı sanksiyalar tətbiq edəcək
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa kiberhücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edəcək.
APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.
Nazir bildirib ki, Paris İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumda əli olduğunu hesab edir və bu hadisəyə cavab olaraq bütün zəruri tədbirləri görmək niyyətindədir.
“Biz heç bir variantı istisna etmirik. Yeni hücumların qarşısını almaq və bu yolverilməz təcavüzə görə məsuliyyət daşıyanları cəzalandırmaq üçün özümüzün mütənasib və zəruri hesab etdiyimiz bütün tədbirləri, o cümlədən ictimaiyyətə açıqlamayacağımız addımları atacağıq”, – Barro vurğulayıb.
O əlavə edib ki, Fransa Xarici İşlər Nazirliyi etirazını bildirmək üçün İranın Parisdəki səfirini çağırmağı planlaşdırır.
Bundan başqa, Fransa kiberhücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə çalışacaq. Bu tədbirlər həmin şəxslərin Avropa ərazisinə girişinin qadağan edilməsini, bank hesablarının və maliyyə aktivlərinin dondurulmasını əhatə edə bilər.
Qeyd edək ki, oktyabrın 11-dən 12-nə keçən gecə Fransanın müxtəlif bölgələrində yüzlərlə supermarket SEPAH-ın rəqəmsal bölməsi ilə əlaqəli olduğu ehtimal edilən kiberhücuma məruz qalıb. Hücum nəticəsində mağazaların soyuducu sistemlərinin fəaliyyəti pozulub və saxlanılan ərzaq məhsulları xarab olub. Bəzi mağazalar yüz minlərlə avro məbləğində zərərlə üzləşdiklərini açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















