Icma.az
close
up
RU
ADY nin Çin dənizçiləri ilə əməkdaşlığı genişlənir

ADY nin Çin dənizçiləri ilə əməkdaşlığı genişlənir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub. Bu barədə XQ-yə Bakı Dəniz Limanından məlumat verilib.

Bildirilib ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.

Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm konteyner daşımalarının artırılması imkanlarını müzakirə edib. Şanxaydan Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşına biləcək yüklərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.

Görüşdə liman əməliyyatlarının rəqəmsallaşdırılması və smart-liman həllərinin tətbiqi məsələləri də müzakirə olunub. Terminal idarəetmə sistemləri, intellektual yük girişi və hesablanması həlləri, yük meydançalarının idarə edilməsi, məlumat inteqrasiyası, eləcə də liman və dəmir yolu əməliyyatları arasında rəqəmsal koordinasiya mümkün əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

ADY, SIPG və “NIZE Tech” arasında Orta Dəhliz üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub və bu istiqamətdə atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

ADY sədri “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyəti ilə görüşdə Lyanyunqan–Bakı marşrutunun inkişaf etdirilməsi, Orta Dəhliz üzrə blok-qatarların təşkilinin genişləndirilməsi və Avropa istiqamətində daha çox yük axınının cəlb olunması məsələlərini müzakirə edib.

Görüş zamanı ADY və Lyanyunqan Limanı arasında mövcud əməkdaşlığın əhəmiyyəti və açdığı yeni imkanlar nəzərə çatdırılıb. Tərəflər yük axınları, qatarların hərəkət cədvəlləri və logistika tələbləri üzrə məlumat mübadiləsinin gücləndirilməsinin Lyanyunqan–Bakı marşrutunun səmərəliliyinə, tranzit müddətlərinin optimallaşdırılmasına və marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.

Görüşlərin yekununda tərəflər Orta Dəhlizin inkişafı, Çin–Azərbaycan–Avropa istiqamətində yük axınlarının artırılması, logistika proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri