Icma.az
close
up
RU
Çin Azərbaycan əməkdaşlığı genişlənir

Çin Azərbaycan əməkdaşlığı genişlənir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İkitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni iqtisadi imkanları səfərbər edir

Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda iki ölkə arasında siyasi, iqtisadi, ticari, nəqliyyat əlaqələrinin inkişafının dayanmdan inkişaf etdiyini bildirib. Səfir qeyd edib ki, Çin və Azərbaycan suverenliyin, müstəqilliyin və ərazi bütövlüyünün müdafiəsi məsələlərində həmişə bir-birini dəstəkləyir, həmçinin qarşı tərəfin seçdiyi inkişaf yoluna hörmətlə yanaşır. Praktiki əməkdaşlıq münasibətləriin möhkəm təməlini təşkil edir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində bizim yüksəksəviyyəli əməkdaşlıq dövlətlər arasında qarşılıqlı etimad, bərabərlik və dostluq tərəfdaşlığı nümunəsi kimi çıxış edir.

Diplomat vurğulayıb ki, Azərbaycan və Çin arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafında Orta Dəhliz mühüm istiqamətlərdən biri kimi yer tutur. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq xalqlara əməli fayda gətirir.

Lu Mey gələcəkdə iki ölkə arasında iqtisadi və digər sahələrdə mövcud imkanlardan istifadə edilməsi sayəsində əməkdaşlığın daha da genişlənəcəyinə, ticarət və investisiya həcmlərinin rekord göstəricilərə çatacağına əminliyini ifadə edib. Logistika sahəsində potensiallar ən yüksək səviyyəyə çatacaq. Belə ki,  Azərbaycan və Xəzər dənizindən keçən Çin-Avropa dəmir yolu ekspresi vasitəsilə daşımaların həcmi cari ildə 2 dəfə artacaq və bu dinamika növbəti illərdə rekord rəqəmlərlə müşayiət olunacaq.

Strateji tərəfdaş, regionun liderləri

Azərbaycan və Çin strateji tərəfdaş, iqtisadi imkanlar və əlaqələr baxımından ən yaxın dövlətlərdir. Çin Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biri, Azərbaycan isə Cənubi Qafqaz regionunda söz sahibi, liderdir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkənin bir sıra ortaq baxış və strateji maraqlarını tamamlayır. Prezident İlham Əliyevin Çinə səfərləri, habelə bu ölkənin hökumət heyətlərinin respublikamıza səfərləri dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. Hökumət üzvlərinin, iqtisadi qurumlarının və biznes icmalarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar iqtisadi-ticari münasibətləri daha da irəliyə aparıb. Tərəflər arasında imzalanmış yeni sazişlər, o cümlədən qarşılıqlı vizasız gediş-gəlişi haqqında sənədin qüvvəyə minməsi münasibətləri yeni yüksək mərhələyə çatdırıb.

Cənubi Qafqazda birinci iqtisadi partnyor

Azərbaycan və Çin arasında iqtisadi-ticarət dövriyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. 2025-ci ildə bu rəqəm 4,8 milyard dollara yüksəlib. 2026-cı ilin yanvar-avqust aylarında dinamika yenidən artıb və əmtəə mübadiləsinin həcmi 3 milyard dolları ötüb. Beləliklə, Çin Cənubi Qafqazda Azərbaycanın birinci iqtiadi-ticari tərəfdaşı olmaqla bu bölgənin cəmi ticarət mübadiləsinin 70 faizə yaxınını Azərbaycanla həyata keçirir.

Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatıb. Həmin sərmayələrdən başqa, Çin şirkətləri ölkəmizdə müxtəlif sahələrdə iri layihələr icra edib. Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisya portfelinin 2,2 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375-dən çox şirkət qeydə alınıb, onlardan 300-ü ölkəmizdə aktiv fəaliyyət göstərir.

Yeri gəlmişkən, 2025-ci ildə qüvvəyə minən qarşılıqlı vizasız rejim nəticəsində Azərbaycana gələn çinli turistlərin sayı isə 42 faiz, Azərbaycandan Çinə gedənlərin sayı isə təxminən 85 faiz artıb.

“Yaşıl nəqliyyat”, “ağıllı texnologiya” şirkətləri ilə birgə planlar

Qlobal “yaşıl keçid”in təşviqində mühüm rol oynayan Çin dünyanın ən böyük “yaşıl energetika” sənayesi zəncirini yaradıb, bir çox ölkəyə əlçatan və yüksəkkeyfiyyətli ekoloji təmiz enerji həllərinə çıxış imkanı təmin edib. Bu baxımdan tərəflər arasında əməkdaşlıq regionda “yaşıl enerji” blokunun müasir platformasını təsis edəcək.

Çinin “Huawei”, “Tencent”, “Alibaba” və digər şirkətləri dünya bazarında İT və elektron ticarətin atributları sayılır, Azərbaycan bu İT nəhəngləri və digər “ağıllı texnologiya” şirkətləri ilə də razılaşma sənədləri imzalayıb. Eləcə də “yaşıl nəqliyyat” layihəsi çərçivəsində birgə əməkdaşlıq qurulub. Ölkəmizdə BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalına başlanması bu layihənin bir hissəsidir. Sumqayıt Sənaye parkında istehsal olunmuş 50 elektrobus artıq istifadəyə verilib. Müəssisə ilin sonunadək 300 elektrobus istehsal etməyi planlaşdırır. Həmin elektrobuslar Bakı, Naxçıvan və Qarabağda istifadə olunacaq.

Beləliklə, strateji tərəfdaşlıq və birgə təşəbbüslərin sürətlə icrası Azərbaycan və Çin arasında əməkdaşlığı möhkəmləndirməklə bərabər, regional və qlobal səviyyədə imkanları da artırır.

“Kəmər və yol” təşəbbüsü Zəngəzuru qlobal haba çevirir

Azərbaycan və Çinin təşəbbüskarlığı ilə “Bir kəmər, bir yol”un yeni körpüsü olan Orta Dəhliz regional haba çevrilir. Asiya, Xəzəryanı ölkələri və Avropanın vahid logistika zəncirində birləşdirən bu dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çinin müəllifi olduğu “Kəmər və yol” təşəbbüsünə tam inteqrasiya olunmaqdadır. Bu logistik kommunikasiyada artan tranzitlər sayəsində təkcə Azərbaycan ilə Çin arasında daşımaların həcmi 2025-ci ildə 6,7 faiz artaraq 1,4 milyon tona çatıb.

Uzunmüddətli hədəf regiondakı tərəfdaşları və coğtafi hüdudları daha da genişləndirməkdir. Yaxın illərdə Orta Dəhlizin Zəngəzurla birləşməsi Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasını və əmtəə zəncirinin genişlənməsini təmin edəcək, nəticədə Azərbaycanın tranzit və əlaqələndirici ölkə kimi strateji mövqeyi daha da güclənəcək, Çin və Azərbaycan iqtisadi blokda bağlantılarını artırmaqla, eyni zamanda, geosiyasi dividentləri də artıracaq.

ŞƏT Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırır

İki ölkə arasında imzalanmış Birgə Bəyannamənin ən mühüm detallarından biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, ölkəmizin bu nəhəng təşkilatda təmsilçiliyinin təmin edilməsidir. Birgə Bəyannamə faktiki olaraq Azərbaycanın bu qlobal təşkilatlarda layiqli ölkə iştirakçılığına hüquqi təmiantlar yaradır. ŞƏT-də təmsil olunmaq Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırmaqla, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradır.

Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni iqtisadi-ticari-investisiya imkanlarını da səfərbər etməkdədir. Müəyyən edilmiş yeni iqtisadi hədəflər, habelə trans-kontinental nəqliyyat zəncirində daşınmaların Azərbaycan üzərindən Avropya səmtlənməsi ticarət dövriyyəsinin də böyüməsində əsaslı rol oynayacaq.

E. CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see254

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see224

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri