ADY Qazaxıstan və Gürcüstanla əməliyyatları elektron qaydada həyata keçirir
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Son 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsallaşdırılması istiqamətində böyük irəliləyişə nail olunub.
"Unikal" xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı ADY-ın Rəqəmsal inkişaf departamentinin əməkdaşı Asif Hüseynov deyib.
Onun sözlərinə görə, sənəd dövriyyəsi və yüklərin qəbul edilib, göndərilməsi işləri rəqəmsallaşdırılıb.
“ADY Qazaxıstan və Gürcüstanın Dəmir Yolları ilə əməliyyatları və sənəd dövriyyəsini elektron qaydada həyata keçirir. Rəqəmsallaşdırma işləri TRACECA-nın təqdim etdiyi proqramlar üzərində həyata keçirilir”, - deyə A.Hüseynov nəzərə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















