Qazaxıstan FHN xilasetmə əməliyyatları ilə bağlı açıqlama yayıb AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 25 dekabr, AZƏRTAC
Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəza enişi etməsindən sonra hadisə yerində xilasetmə əməliyyatları davam edir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub.
Hadisə yerinə çatan xilasetmə qrupları təyyarənin yanmasını müşahidə ediblər və dərhal yanğınsöndürmə əməliyyatlarına başlayıblar.
İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.
FHN-nin Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Cənubi Afrikada qızılaxtaranları xilasetmə əməliyyatları aparılır AZƏRTAC
18 Noyabr 2024 15:21
Sumqayıtdakı partlayışda xilasetmə əməliyyatları
03 Dekabr 2024 12:06
Qazaxıstan FHN qəza ilə bağlı rəsmi məlumat yayıb
25 Dekabr 2024 14:25
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib
27 Noyabr 2024 12:18
Baxış sayı:99
Bu xəbər 25 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















