Icma.az
close
up
RU
ADY rəsmisi: Qanunsuz tikilən evlər sərnişin təhlükəsizliyini riskə atır

ADY rəsmisi: Qanunsuz tikilən evlər sərnişin təhlükəsizliyini riskə atır

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dəmir yolları ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağı nəzərə alınmadan tikilən evlər ciddi təhlükə törədir".

Bu barədə Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

ADY rəsmisi qeyd edib ki, dəmir yolu xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır:

"Bu zolağın eni 20 metrdən 100 metrədək, bəzi yerlərdə isə daha böyük sahəni əhatə edir və xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi halları nəzərə alaraq müəyyənləşdirilir.

"Azərbaycan Dəmir Yolları" qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinqlər aparır. Qanunsuz tikililər aşkar olunduqda, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir".

O əlavə edib ki, dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəl yaradır:

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmir yolu xətlərinin yenidən qurulması və təkmilləşdirilməsi nəzərdə tutulur.

Qanunsuz tikililər dəmir yolu xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir. Həmin sıx məskunlaşma sakinlərin həyatını riskə atır. Bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir ki, bu da bəzən faciələrlə nəticələnir.

Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur və bu da xidmətin keyfiyyətinə mənfi təsir göstərir.

Qeyd etmək lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatar sərnişin daşıyır. Ay ərzində daşınan sərnişinlərin sayı təxminən 700-800 min nəfərə çatır".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri