Icma.az
close
up
RU
ADY: Dəmiryol mühafizə zonasında qanunsuz tikililər insan həyatını riskə atır

ADY: Dəmiryol mühafizə zonasında qanunsuz tikililər insan həyatını riskə atır

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Abşeron dairəvi dəmir yolu xəttində, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
"Dəmir yolu xətti çəkilərkən mütləq mühafizə zolağı ayrılır. Bu zolağın eni 20-100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir, xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alınlr. ADY qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir. Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir", - deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir: "Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var.
Prezident İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq".

B.Hacıyev qeyd edib ki, dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında bir sıra çətinliklər törədir: "Yaşayış məntəqəsində əhalinin təhlükəsizliyinin təmin olunması, xüsusilə yanğın və qəza kimi hadisələrin fəsadlarının operativ şəkildə aradan qaldırılması, dəmir yolu nəqliyyatı obyektlərinin istismarına lazımi şəraitin yaradılması üçün həmin obyektlərin ətrafında hüquqi rejimli mühafizə zonası (təhkim zolağı) yaradılır. Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdüdlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması ilə nəticələnir, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinə maneə yaranır".

Onun sözlərinə gərə, qeyd olunan tikililər səbəbindən fövqəladə hallar zamanı relslərə giriş məhdudlaşır: "Xüsusi xilasetmə və təcili tibbi yardım xidmətlərinin texnikaları dəmiryol infrastrukturuna, eyni zamanda, həmin tikililərə tez bir vaxtda və ya ümumiyyətlə yaxınlaşmaq, operativ yardım göstərmək imkanını itirir, bu da hadisələrin fəsadlarının aradan qaldırılmasını ləngidir, faciənin miqyasının artması ilə nəticələnə bilir. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir. Nəticədə təmir müddəti uzanır və bu da qatarların hərəkət qrafikində uzun müddət axsamalara səbəb olur. Dəmir yollarına ən yaxın məsafədə inşa olunmuş tikililər drenaj sistemlərinə, rabitə xətlərinə və elektrik təchizatına da zərər verir, xüsusilə keçidlərdə və stansiyalarda svetoforların və xəbərdarlıq nişanlarının görünməsini maneə törədə bilər.
Qeyd olunan hallar sakinlərin həyat və sağlamlığına real təhlükə yaradır. Tikililər relslərin yaxınlığında yerləşdikdə faciə riski artır – qatarların insanlarla toqquşmasından tutmuş, relsdən çıxaraq tikililəri dağıtmasına qədər. Qəza zamanı qatar xüsusilə döngələrdə yoldan çıxa bilər. Bu da ərazidəki tikililərdə dağıntılara və insan tələfatına səbəb ola bilər. Elektrikləşdirilmiş xətlərdə tikililərin relslərə yaxın olması naqillərlə təmas nəticəsində elektrik cərəyanı vurmasına səbəb ola bilər. Hərəkət vasitələrində yanğın baş verərsə, xüsusən də qatar təhlükəli yük (neft və neft məhsulları, kimyəvi maddələr) daşıyırsa, yanğın asanlıqla bitişik tikililərə keçə bilər. Relslərin yaxınlığındakı qanunsuz tikililər dəmir yollarına maddi ziyan vura bilər. Məsələn, relslərin yataqlarının qazılması ilə tikilən qanunsuz tikililər torpaq sürüşməsinə səbəb ola bilər. Bu da öz növbəsində dəmiryol qəzalarının olmasına birbaşa səbəb ola biləcək amillərdən biridir. Dəmiryol yaxınlığında yerləşən maneələr qatarların yüksək sürətlə hərəkət etdiyi hallarda da qəzalara səbəb ola bilər. Buna görə də qatarların sürəti aşağı salınır, bu da gözlənilən xidmət keyfiyyətinə təsir edir".
B.Hacıyev əlavə edib ki, qatarın qarşısına qəfil insan və heyvan çıxma halları, qatarların təcili tormozlanması halları intensivləşir. Bu da həm dəmiryol xətlərini müəyyən edilməmiş yerlərdən keçən insanların, həm də qatardakı sərnişinlərin, qatar heyətinin həyatına təhlükə törədir. Bu cür qanunsuz məskunlaşma gələcəkdə zərurət yarandığı halda dəmiryol xətlərinin genişləndirilməsinə imkan vermir.
"Hazırda Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə sahələrində dəmir yollarının mühafizə zolağı və dəmiryol xətləri arasındakı sıx məskunlaşma ərazisində qeyd edilən problemlər özünü daha qabarıq göstərir. Həmin ərazidən qatarlar təhlükəsizlik məqsədilə aşağı sürətlə hərəkət edir, insanların qatarların qarşısına qəfil çıxma və qatarların təcili tormozlanması halları qeydə alınır. Həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədir. Nəzərə alsaq ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar. Xüsusilə bu ərazidə baş verən hər hansı yanğın və ya qəza hadisəsi zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil ola bilməməsi hadisələrin miqyasının genişlənməsinə və təəssüf ki, insan tələfatı ilə nəticələnən çox böyük fəlakətə gətirib çıxara bilər", - deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, qurumun qanunsuz tikililərin, müvafiq sənədləri, çıxarışı olmayan yaşayış və qeyri-yaşayış obyektlərinin monitorinqini aparır, qanunsuz tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir.
"ADY əhalinin sıx məskunlaşdığı ərazilərdə zərurət olduğu hallarda çəpərləmə işləri də aparır. Lakin bəzən sakinlər yollarını qısaltmaq üçün həmin çəpərləri sökür və qatar yoluna çıxaraq hərəkətin təhlükəsizliyi üçün risk yaradır. ADY bu kimi hallarla mübarizə aparır, sakinlərin, sərnişinlərin, piyadaların təhlükəsizliyi üçün infrastrukturu sağlamlaşdırır. Çəpərləmələr zərurət olduğu yerlərdə, fövqəladə hallar zamanı hərəkətə mane olmayacaq şəkildə və ətrafdakı hərəkəti məhdudlaşdırmadan beynəlxalq təcrübə və normalara əsasən həyata keçirilir. Həmçinin dəmir yolları ətrafında yerləşən məktəblərdə təhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, şagirdlərə dəmir yolundan istifadə qaydaları öyrədilir, eləcə də dəmir yolu ətrafında təsərrüfat sahibi olan sahibkarlarla, fermerlərlə görüşlər keçirilir", - deyə B.Hacıyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri