Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan "Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması" mövzusunda panel müzakirələrində iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib.

Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verildi.

Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. "Qafqazın Böyük Beşliyi", zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.

Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri