AEBA direktoru: İsrail və İran arasında gərginlik radiasiya sızması riskini artırır
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi İsrail və İran arasındakı hərbi gərginliyin artmasının insan itkisinə yol açdığı, ciddi nəticələrə səbəb ola biləcək radiasiya sızması riskini artırdığı və İranın nüvə silahı əldə etməsinə mane olacaq uzunmüddətli diplomatik həll üçün lazımi işlərin gecikməsinə səbəb olması ilə bağlı xəbərdarlıq edib.
AEBA-dan verilən yazılı açıqlamaya görə, Qrossi İsrailin İranın nüvə obyektlərinə hücumu səbəbiylə Rusiyanın fövqəladə iclas çağırması ilə bağlı keçirilən idarə heyəti iclasının açılışında çıxış edib.
Bütün tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyə çağıran Qrossi, "Hərbi gərginliyin artması həyatları təhdid edir, insanlar və ətraf mühit üçün ciddi nəticələrə səbəb ola biləcək radiasiya sızması ehtimalını artırır və İranın nüvə silahı əldə etməsinə uzunmüddətli perspektivdə mane olacaq diplomatik həll üçün lazımi işləri ləngidir" deyə bildirib. O, nüvə obyektlərinin mühafizəsini təmin etmək üçün bütün əlaqədar tərəflərlə dərhal görüşməyə hazır olduğunu vurğulayıb.


