İsrail və ABŞ nin İran planları Azərbaycan üçün radiasiya risklərini artırır Radioloqdan MƏSLƏHƏTLƏR
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İrana qarşı mümkün yeni hücum planlarını müzakirə edəcəyini bəyan etməsi regionda yenidən hərbi eskalasiya risklərini gündəmə gətirib. Xüsusilə iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilmiş zərbələr fonunda radiasiya təhlükəsi ilə bağlı narahatlıqlar artmaqdadır. Bölgədə yeni müharibə ehtimalı və nüvə silahlarından istifadə riski Azərbaycan üçün də potensial təhlükə yaradır. Bu isə ölkəmizdə radiasiya risklərinə qarşı maarifləndirmə və təhlükəsizlik tədbirlərinin nə dərəcədə yetərli olması sualını aktuallaşdırır.
Bəs belə bir ehtimal baş verərsə, insanlar radiasiyadan necə qorunmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-radioloq Aydın Əliyev bildirdi ki, bizim dörd bir tərəfimizdə radiasiya təhlükəsi var:
"Son vaxtlar nüvə silahının tətbiqi ilə bağlı bəzi söhbətlər də zaman-zaman gündəmə gəlir. Ona görə də ölkəmizdə, xüsusən də sərhədyanı bölgələrdə radiasiya stansiyaları qurulmalıdır. Radiasiya ilə məşğul olan qurum isə ümumiyyətlə Fövqəladə Hallar Nazirliyinə tabe olan bir qurumdur. Sərhədyanı zonalarda radiasiya stansiyaları qurulmalıdır, yeraltı sığınacaqlar düzəldilməlidir, insanlar maarifləndirilməlidir, radiasiya təhlükəsi olacağı halda insanlar qoruyucu vasitələrlə təmin edilməlidir. Əleyhqazlardan tutmuş qoruyucu geyimlərə qədər bütün vasitələr olmalıdır və nüvə silahından istifadə edilərsə, insanlar təlimatlandırılmalıdır ki, dərhal yaxınlıqda olan sığınacaqlara daxil olsunlar. Sığınacağa çatana qədər qoruyucu vasitələrdən istifadə edilməlidir və sair. Belə bir risk yaranarsa, ilk növbədə insanlar açıq havada qalmaqdan dərhal imtina etməli, mümkün qədər tez qapalı və yeraltı sığınacaqlara daxil olmalıdırlar. Pəncərə və havalandırma yolları hermetik şəkildə bağlanmalı, açıq dəri səthləri örtülməli, qoruyucu maska və ya əleyhqazlardan istifadə edilməlidir. Radiasiya çöküntüsü keçənə qədər sığınacaqdan çıxmaq olmaz, açıq havada olmuş geyimlər dərhal dəyişdirilməli, bədən sabunlu su ilə yuyulmalıdır. Ən vacibi isə yalnız rəsmi qurumların verdiyi təlimatlara əməl etməkdir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 24 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















