“Aeroport taksiləri ilə bağlı yeni tarif siyasəti məhkəməyə çıxarıla bilər” AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti yenidən müzakirə yaradıb. Buna səbəb Ombudsman Aparatının apardığı monitorinq olub. Qurumdan bildirilib ki, taksi xidməti ilə bağlı qaydalar sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır, sürücülərə iqtisadi zərər vurur və rəqabət prinsiplərinə uyğun gəlmir.
Bu barədə Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, burada əsas məsələ məhkəmədir:
“Ombudsman Aparatının dediklərini bu günə kimi ekspertlər, o cümlədən şəxsən mən də bildirmişəm ki, bu rəqabət məcəlləsini və üstəlik konstitusiyanı pozur. Buna sadəcə Ombudsmanın müraciəti təsir edə bilər. Prinsipcə, bu qərarı qəbul etmiş şəxs özü onu dəyişməlidir. Əgər bunu etmirsə, bunun bircə yolu var. O da məhkəmədir. İndi bunu Ombudsman edəcək, ya da hər hansı digər bir şəxs ki, maraqlarına toxunur. Amma hər bir halda bu işə məhkəmə baxanda, ən azı Ombudsmanın da verdiyi rəyin burada müəyyən çəkisi olacaq. Yəni ki, bu qanun pozuntusudur. Ümid edirəm ki, Ombudsmanın müraciətindən sonra bu qayda dəyişəcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Əsəd Beynəlxalq Məhkəməyə çıxarıla bilər?
11 Dekabr 2024 01:13
Kirayənişin hansı hallarda evdən çıxarıla bilər? AÇIQLAMA
11 Dekabr 2024 16:30
Məcburi köçkünlər bu şərtlə yaşadıqları evdən çıxarıla bilər Vəkildən AÇIQLAMA
26 Avqust 2025 16:04
İsrail BMTdən çıxarıla bilər
04 Noyabr 2024 23:13
Aeroport yolundakı ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA KONKRET
06 Aprel 2025 11:56