Aeroportda ardıcıl ikinci bomba HƏYƏCANI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vilnüs hava limanına son iki gün ərzində ikinci dəfə bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə LRT portalı yazıb.
"Dünən axşam rus dilində danışan bir kişi məlumat mərkəzinə zəng edərək, tezliklə işə düşəcək partlayıcı qurğu quraşdırdığını bildirib. Polis təhlükəsizlik xidmətləri ilə birlikdə hava limanını diqqətlə yoxlayıb, lakin heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkar edilməyib", - hava limanının mətbuat xidmətindən bildirilib.
Zəng edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Litvada ictimai təhlükəsizliyə təhdid və ya fövqəladə vəziyyət barədə yalan məlumat vermək ictimai işlərə cəlb edilmə, cərimələnmə və bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















