Londondan uçan təyyarədə bomba HƏYƏCANI
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Wizz Air" aviaşirkətinin Londondan Sofiyaya uçan təyyarəsi bomba təhlükəsi barədə siqnal alındıqdan sonra marşrutunu dəyişib. Airbus A321neo təyyarəsi Bosniya və Herseqovina üzərində istiqamətini dəyişərək Budapeştə eniş üçün icazə alıb.
Modern.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:08-də (Bakı vaxtı ilə 15:08) uğurla eniş edib. Uçuş zamanı onu Gripen qırıcıları müşayiət edib. Hava limanında isə fövqəladə hallar xidmətləri və terrorla mübarizə bölmələri cəlb olunub.
Flightradar məlumatına görə, təyyarə Londondan yerli vaxtla saat 08:33-də havaya qalxıb. Sofiyaya saat 13:25-də çatması gözlənilirdi.
"Wizz Air" hadisəni təsdiqləyərək aidiyyəti qurumlarla tam əməkdaşlıq etdiyini bildirib. Təyyarə təhlükəsizlik protokollarına uyğun olaraq Budapeştin Ferens List adına hava limanına yönləndirilib. Daha sonra ayrıca dayanacağa çəkilərək mütəxəssislər tərəfindən yoxlanılıb. Sərnişinlər də yoxlamadan keçirilib.
Hadisə ilə əlaqədar Budapeşt hava limanının ikinci uçuş-enmə zolağı qısa müddətə bağlanıb. Digər reyslər alternativ zolaqlara yönləndirilib.
Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi bildirib ki, NATO-nun hava hücumundan müdafiə xəbərdarlıq xidməti “Alfa” həyəcan siqnalı ilə qırıcı təyyarənin havaya qaldırılması barədə göstəriş verib. Bir neçə dəqiqə sonra Gripen qırıcısı sərnişin təyyarəsinə doğru istiqamətlənib. Müşayiətdən sonra qırıcı Keçkemetdəki bazasına qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Noyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















