Icma.az
close
up
RU
Afaq Abbasova: Opera mənim həyatımın ayrılmaz hissəsidir MÜSAHİBƏ

Afaq Abbasova: Opera mənim həyatımın ayrılmaz hissəsidir MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, Fidan Əlizadə, AZƏRTAC

Opera musiqi və teatrın ən mükəmməl vəhdəti, insan ruhunun səhnədəki ifadəsidir. Bu sənət, sadəcə notlarla deyil, emosiyalarla, hisslərlə toxunan bir dünyadır. Hər bir ariya, hər bir səhnə insanın qəlbinin dərinliklərində gizlənmiş duyğuları səsləndirir. Opera ifaçılığı bir səsin öz sərhədlərini aşaraq səhnədə obrazlara çevrilməsi, musiqinin isə danışan, ağlayan, sevən bir varlığa dönməsidir. Səhnə pərdəsi açılan an, ifaçı səhnədə sadəcə bir müğənni deyil – o, qəhrəmandır, aşiqdir, xilaskardır. Onun hər notu bir ömrün hekayəsini danışır, dinləyicini uzaq zamanlara aparır. Opera ifaçısı olmaq uzun və çətin bir yolun nəticəsidir. Bu sənətin zirvəsinə yüksəlmək, onu qoruyub saxlamaq üçün illərin zəhməti, sonsuz fədakarlıq və daim inkişaf tələb olunur. Əməkdar artist, Prezident mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı və “Tərəqqi” medalı ilə təltif olunmuş Afaq Abbasova ilə müsahibəmizdə bu çətin, lakin sevimli yolun detallarına toxunduq.

- Afaq xanım, opera ifaçısı olmaq istəyiniz necə yarandı?

- Açığını desəm, əvvəlcə bu sahəni düşünmürdüm. Bu haqda danışsam deyərdim ki, bir kitab yazmaq olar. Lakin musiqi və səhnə sevgisi o qədər güclü idi ki, başqa sahəyə olan marağımı tamamilə rədd etdi, operanın sehri məni buraxmadı. Mənə səhnənin sirlərini, sənətin dərinliklərini öyrədən müəllimlərimin zəhməti böyükdür. Vokal dərslərini tələbə olarkən Xalq artisti Fidan Qasımovadan almışdım, aktyorluq dərslərini isə SSRİ Xalq artisti Gülcahan Güləhmədova-Martınova sayəsində öyrəndikcə opera səhnəsini daha çox sevdim. Hər zaman onun məsləhətləri mənimlədir. Bu gün xarici müəllimlərdən də dərslər alıram və vaxt keçdikcə, təcrübə artdıqca öyrəndiklərimi daha da mükəmmələşdirib opera dinləyicilərimə çatdırıram. Musiqidən və tamaşanın sehrindən zövq almalarına çalışıram.

- Operanın sizin üçün əhəmiyyəti nədir?

- Opera mənim həyatımın ayrılmaz hissəsidir. Bu sənət hər gün ciddi məşq və disiplin tələb edir. İdman kimi – bir gün məşq etməsən, formadan düşürsən. Əgər bir müddət səhnədən uzaq qalsan, yenidən hər şeyi sıfırdan öyrənməli olursan. Opera şou deyil, ucuz reklam sevmir, opera deyəndə yüksək sənət meyarından söhbət gedir və burada səs, peşəkarlıq əsasdır. Səhnəyə çıxan ifaçı partiyanı ümumilikdə bilməklə yanaşı, özünü obrazın içində tapmalı, onu yaşamalıdır.

- Bəs ifa etdiyiniz əsərlər arasında sizin üçün ən çətin olanı hansıdır?

- Hər bir opera mənim üçün özünəməxsus əhəmiyyət daşıyır. Məsələn, Puccinin “Madama Butterfly” operası çox çətin və məsuliyyət tələb edən operalardandır. İtaliyada, Puccinin doğma şəhərində bu əsəri ifa etmək mənim üçün böyük bir şərəf idi. Hər yeni obraz yeni bir çağırışdır, fərqli prizmadan baxışdır. Həmçinin ayrı-ayrı insanların talelərini qısa zaman ərzində tamaşaçıya musiqi vasitəsilə çatdırmaqdır. Tamaşaçılar üçün iki saatlıq bir tamaşa bizim üçün aylarla çəkən məşqlərin nəticəsidir.

- Opera sənətində hansı çətinliklər var?

- Opera sənətində əsas çətinlik fədakarlıqdır. Daim məşq etməli, özünü fiziki və mənəvi psixoloji cəhətdən formalaşdırmalısan. Bundan əlavə, səhnədə balans çox vacibdir. Partnyorların səhnədə bir-birini tamamlamağı mütləqdir, əks halda tamaşa uğursuz ola bilər. Bizim sahədə məsuliyyət çox önəmlidir. Düşünürəm ki, sənətə sevgi olan yerdə çətinliyə asanlıqla qalib gəlmək mümkündür.

- Sənət adamlarının dövlət tərəfindən yüksək mükafatlarla qiymətləndirilməsi onların yaradıcılığına necə təsir edir?

- Sənət müqəddəsdir, sənətkar isə bu müqəddəs yolun yolçusu. Dövlətin sənət insanlarına verdiyi yüksək qiymət, təqdim etdiyi mükafatlar biz sənət adamlarına ruh verir, yaradıcılığımıza yeni bir nəfəs gətirir. Bu diqqət və dəyər, bizə yalnız qürur yox, eyni zamanda böyük bir məsuliyyət hissi aşılayır. Hər bir uğurumuzda xalqın sevgisini, dövlətin etimadını görmək, bizi daha böyük zirvələrə doğru ruhlandırır. Elə bu inam da sənətə olan sədaqətimizi gücləndirir, bizi daha əzmlə çalışmağa sövq edir.

- Siz həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Gənclərə bu sahəni sevdirmək üçün nələr edirsiniz?

- Mən Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Həmişə tələbələrə məsləhətim odur ki, zəhmət çəkmək çox məşq etmək, gözəl olanı dinləmək, professionallardan öyrənmək lazımdır. Yalnız səs deyil, bu sənəti həm də sənətə olan sevgi və peşəkarlıq yaşadır. Bizim xarici mütəxəssislərə ehtiyacımız var, çünki vokal sənəti bir mütəxəssisdən öyrənməklə kifayətlənən sənət deyil.

- Opera sənətinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

- Təəssüf ki, operaya maraq digər musiqi janrları ilə müqayisədə azdır. İstər sosial şəbəkə, istər televiziyada klassik musiqinin təbliğatı gücləndirilməlidir. Halbuki, klassik musiqi insanın dünya görüşünü və intellektini inkişaf etdirir. Bunun üçün genişmiqyaslı tədbirlərə və maarifləndirməyə ehtiyac var.

- Xaricdə ifa etdiyiniz tamaşalar sizə nə qazandırıb?

- Mən dünyanın bir çox məşhur opera teatrlarında - İtaliya, Serbiya, Belarus, Rusiya və digər ölkələrdə çıxış etmişəm. Belə səhnələrdə çıxış etmək böyük məsuliyyət tələb edir. Dünyada məşhur dirijor və rejissorlarla işləmək mənim üçün əvəzolunmaz təcrübə olub. Səhnədə dünyaşöhrətli ifaçılarla eyni səhnəni bölüşmək insanı ruhlandırır və daha da böyük hədəflərə yönəldir.

- Gələcəkdə hansı planlarınız var?

- Sənətimi daha geniş auditoriyaya çatdırmaq, yeni obrazlar yaratmaq və gənc ifaçılara dəstək olmaq istəyirəm. Teatrın təmirindən sonra daha maraqlı tamaşalar qurulacağına inanıram. Azərbaycan operasını dünyada daha geniş şəkildə tanıtmaq ən böyük arzularımdan biridir.

- Son olaraq, gənc opera ifaçılarına hansı məsləhətləri verərdiniz?

- Daim çalışmaq və sənətə sadiq qalmaq lazımdır. Opera zəhmət tələb edir, amma bunun nəticəsində əldə olunan uğur hər şeyə dəyər. Hər ifaçı öz yolunu tapmalı və heç kəsi təqlid etməməlidir. Ən əsası isə, sənətə hörmətlə yanaşmaq və onu sevgi ilə icra etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri