Icma.az
close
up
RU
Yunis Hüseynovdan Ayxan Abbasova sərt ittihamlar: “Bunu ona yaraşdırmadım” MÜSAHİBƏ

Yunis Hüseynovdan Ayxan Abbasova sərt ittihamlar: “Bunu ona yaraşdırmadım” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında VII turdan sonra fasilə yarandı. Buna səbəb milli komandaların dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlardı. Azərbaycan yığması oktyabrın 10-da Parisdə Fransa, bundan 3 gün sonra Polşanın Krakov şəhərində Ukrayna millisi ilə qarşılaşacaq. Səfər öncəsi vaxtilə millimizin şərəfini qorumuş, hazırda “Turan Tovuz”un məşqçisi olan Yunis Hüseynov matc.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Milli Fransa səfərinə hazırlaşır. O Fransa ki, “Oser faciəsi”də - 0:10 hesabı ilə uduzduğumuz oyunun iştirakçısı olmusuz. 30 il əvvəlki ilə indiki komandaları – həm Fransa, həm Azərbaycan yığmasını necə müqayisə edərdiz?

- Oserdəki görüşü yenə yada salırsınız... Bir neçə gün əvvəl Fransa mətbuatı da həmin görüşdən bəhs etmişdi. Düzdü, biabırçı qarşılaşma idi. Gəlin etiraf edək ki, həmin vaxt yığmamızın fiziki hazırlığı demək olar ki, sıfıra bərabər idi. Bilirsiniz ki, onda təlim-məşq toplanışı olmurdu. Oyuna 1-2 gün qalmış hazırlaşdığımız üçün belə məğlubiyyətlər olurdu. Amma indi futbolçular üçün hər cür şərait yaradılıb. Həmin Fransa ilə indikini müqayisə etməzdim. 30 il əvvəlki Fransa indikindən qat-qat güclü idi. Yığmamıza isə qarşıdakı hər iki görüşdə uğurlar arzulayıram.

- Yığmamız uzun müddətdən sonra yerli mütəxəssisə - Ayxan Abbasova tapşırılıb. Bu səbəbdən komandaya ümidlər də çoxdu, uğur arzulayanlar da. Sizcə, Fransa ilə görüşdə xal qazanmaq şansımız varmı?

- Əlbəttə, millinin qələbəsini, xal qazanmasını hamı istəyir. Özü də tək Fransa deyil, bütün oyunlarda xal qazanmaq əla olar. Mən də komandamıza azarkeşlik edəcəm, millinin hər bir üzvünə uğurlar arzulayıram. İstəyərdim ki, Fransa ilə matçda xalsız qalmayaq.

- O vaxt komandamıza qarşı oynayan Didye Deşam bu dəfə baş məşqçi postundadı. Sizsə, fransız mütəxəssis əsas heyətə şans verəcək, yoxsa gənclərə?

- Köklü dəyişiklik edəcəyinə inanmıram, amma hər şey ola bilər. Bəlkə də gənclərə şans verdi. Bütün milli komandaların baş məşqçiləri hər oyuna ciddi hazırlaşırlar. Fransızların da bizə qarşı çox ciddi yanaşdığını düşünürəm. Bununla belə, Fransanın gənc futbolçuları da güclüdü.

- Yeri gəlmişkən, millimizin baş məşqçisi Ayxan Abbasov çalışdığınız “Turan Tovuz”un “bostanına daş atıb”. O deyib ki, yerli futbolçuların ən az oynadığı klub "Turan Tovuz"du. Rəhim Sadıqov, Ayxan Quseynov, Veysəl Rzayev, Xəyal Nəcəfov milliyə namizəd ola bilərlər. Amma həmin futbolçular az oynayırlar...

- Həmin fikirlərlə tanışam. Mənə elə gəlir ki, bu, qeyri-peşəkar yanaşmadı. Baş məşqçinin belə danışması düzgün deyil. Mən “Turan Tovuz”da məşqçisiyəm. Onun açıqlaması futbolçulara pis təsir edə bilər. Komanda daxilində narazılıq yarada bilən çıxışdı. Ayxan Abbasov bunu etməməli idi. Mən də bəzi detalları deyə bilərəm.

- Hansı detalları?

- “Şamaxı”da hər tur 8-9 legioner oynayır. Ayxan Quseynov, Veysəl Rzayev, Rəhim Sadıqov, Xəyal Nəcəfovu nəzərdə tutursa, onlar meydana əvəzetmədən daxil olurlar. Ayxan 7 matçın hamısında meydana çıxıb, Rəhim isə bir neçə görüşdə əsas heyətdə yer alıb, Xəyal da həmçinin. Futbolçuların oynayıb-oynamamağına gəlincə, qapıçılardan başlayıram. Ayxan Abbasovun milliyə dəvət etdiyi qapıçılardan heç biri öz klublarında oynamır. “Turan Tovuz” haqda danışıb deyə, mən də bu komandanın məşqçisi kimi bu sözləri deyirəm. Yəqin futbolçular da inciməzlər, hər birinə hörmətim var. Hamısına uğurlar arzulayıram. Qapıçılardan heç biri öz komandasında əsas heyətin üzvü deyil. Səlahət Ağayev, Mehdi Cənnətov bütün oyunlarda meydanda olub, onları çağırmaq olardı. Müdafiəçilər var ki, onlar da öz komandalarda oynamır. Mahir Emrelini götürsək, 2-3 aydı meydana çıxmır. Dediyim odu ki, bu, baş məşqçiyə yaraşan açıqlama deyil.

- Ayxan bəyə iradınız yalnız bunlardı?

- Mən yadıma düşənləri dedim. Ceyhun Nuriyev “Zirə”də əsas heyətdə oynamır. Anatoli Nuriyev, Abdullah Xaybulayev da onun kimi. Öz klublarında meydana çıxmasalar da, milliyə dəvət alıblar. Ayxan Abbasov bunu nəzərə almalı idi. Milliyə oynamayan futbolçular dəvət alıb. Bunu bəhanə etmək düzgün deyil. Bilmirəm, məqsədi nədi, amma Ayxan Abbasova yaraşdırmadım. Belə açıqlamalar futbolçular arasında narazılıq yarada bilər. “Turan Tovuz” haqda belə deməyi düzgün deyildi.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri