Afaq Bəşirqızı Cabir İmanovdan yazdı İnanmaq istəmirəm
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən həmkarı Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa həmkarının vəfatına inana bilmədiyini yazıb:
"İnanmıram, Cabir... İnanmaq istəmirəm... Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu.
Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan... Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb.
Ruhun şad olsun əziz insan".
Xatırladaq ki, A.Bəşirqızı və C.İmanov "Bəxt üzüyü 2" filmində birgə rol alıblar.
Qeyd edək ki, C.İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib. O, bu gün Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Sentyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















