Icma.az
close
up
RU
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib AZƏRTAC

AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şəki, 20 dekabr, AZƏRTAC

Ağsu, Şəki və Tərtər rayonlarından olan qadın fermerlər təlimlərə cəlb edilib, maldarlığı inkişaf etdirmək məqsədilə onlar avadanlıqlarla təmin olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Şəkidə fermer qadınlar üçün seminar və təqdimetmə mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar tədarük və təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində növbəti görüş Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində reallaşıb.

ASC-nin nümayəndəsi Asiman Aslanovanın sözlərinə görə, Ağsu, Şəki və Tərtər rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, maldarlıqla bağlı təlimləri uğurla başa vuran qadın fermerlər avadanlıqlarla təmin ediliblər. Belə ki, 3 rayon üzrə ümumilikdə 17 qadına 13 ədəd yem doğrayan avadanlıq, 1 ədəd dən üyüdən, 1 ədəd seperator, 2 ədəd inkubator, 1 ədəd süd çəkən avadanlıq verilib.

Layihə təlimlərini uğurla başa vuran Şəkinin Orta Zəyzid kəndindən olan qadın fermer Şəfa Qədirova süd çəkən abadanlıqla təmin olunub. Qadın fermer artıq on ilə yaxındır maldarlıqla məşğul olduğunu və ailə biznesini təşkil etdyini, 6 baş iribuynuzlu mala baxdığını bildirib. Şəfa Qədirova süd çəkən avadanlığın onun işini xeyli asanlaşdıracağını və növbəti ildə mal sayını 10 başa çatdırmağı qarşısına hədəf qoyduğunu qeyd edib.

Xatlrladaq ki, AFAQ layihəsinin əsas məqsədi ölkədə kənd təsərrüfatı sahəsində fermer qadınların fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında gəlirliliyin və məhsuldarlığın artırılması, həmçinin qadınların sahibkar fəaliyyətinin təşviqidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri