Icma.az
close
up
RU
AFB Bank 2025 2029 cu illər üzrə strateji hədəflərini açıqladı FOTO

AFB Bank 2025 2029 cu illər üzrə strateji hədəflərini açıqladı FOTO

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

AFB Bank 2025–2029-cu illəri əhatə edən strateji inkişaf planı çərçivəsində əsas fəaliyyət istiqamətləri və ölçmə göstəricilərini təqdim edib.
Demokrat.az
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Amid Qənbərov bankın "2025 ci ilin nəticələri və strateji baxış 2029" mövzusunda keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, strategiya bankın müştəri yönümlü inkişafı, rəqəmsallaşma, ekosistem əsaslı bankçılıq və institusional gücləndirmə istiqamətlərini əhatə edir.
Strategiyaya əsasən, ilk istiqamət əsas seqmentlərdə müştəri yönümlü artımın təmin olunmasıdır. Bu çərçivədə kredit portfelinin genişləndirilməsi, aktiv müştəri sayının artırılması, bir müştəriyə düşən məhsul sayının çoxaldılması, imtiyazlı müştəri sayının yüksəldilməsi və pərakəndə müddətli əmanət portfelinin böyüdülməsi planlaşdırılır.
İkinci istiqamət ekosistem əsaslı bankçılığın inkişafını nəzərdə tutur. Bu çərçivədə tərəfdaşlıqlar vasitəsilə cəlb olunan biznes və pərakəndə müştəri sayının artırılması, aktiv ekosistem tərəfdaşlıqlarının genişləndirilməsi və müştəri dəyərinin yüksəldilməsi hədəflənir.
Üçüncü istiqamət isə insan toxunuşlu rəqəmsal bank modelinin qurulmasıdır. Bu mərhələdə tam rəqəmsallaşdırılmış müştəri təcrübəsinin yaradılması, kredit verilmə müddətinin azaldılması, mobil tətbiqin aktiv istifadəçi sayının artırılması və onlayn kreditlərin payının genişləndirilməsi planlaşdırılır.
Strategiyanın digər mühüm hissəsi güclü brend kimliyinin formalaşdırılmasıdır. Bu çərçivədə brend tanınırlığının, müştəri məmnuniyyəti göstəricilərinin və media üzrə reputasiya indekslərinin yaxşılaşdırılması hədəflənir.
Bundan əlavə, bank adaptiv və nəticəyönümlü təşkilat modelinin qurulmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə işçi bağlılığının artırılması, işçi başına düşən gəlirin yüksəldilməsi, xərclərin optimallaşdırılması və strategiyanın icra göstəricilərinin yaxşılaşdırılması planlaşdırılır.
Bank rəhbərliyi bildirir ki, müəyyən edilmiş hədəflər AFB Bankın bazardakı mövqeyini daha da gücləndirməyə və rəqəmsal bankçılıq sahəsində rəqabət üstünlüyünü artırmağa xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:407
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri