Icma.az
close
up
RU
Azərbaycanla BƏT arasında “2025 2029 cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalandı FOTO

Azərbaycanla BƏT arasında “2025 2029 cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalandı FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması ilə əlaqədar tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əmək bazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdə sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının yaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmət edəcəkdir.
 

AHİK sədri qeyd edib ki, proqram vasitəsilə həmkarlar ittifaqları əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqli əmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərin məşğulluğunun dəstəklənməsini gücləndirməyi hədəfləyir. AHİK sözügedən istiqamətlərdə fəaliyyətini bu proqram vasitəsilə daha da təkmilləşdirmək və əmək münasibətlərinin inkişafına real töhfə vermək niyyətindədir.


Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artırmağı nəzərdə tutur.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri