Icma.az
close
up
RU
Afət Telmanqızı: Xankəndidə yaşamağın adına xoşbəxtlik deyirəm MÜSAHİBƏ

Afət Telmanqızı: Xankəndidə yaşamağın adına xoşbəxtlik deyirəm MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu yaxınlarda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Əməkdar jurnalist Afət Telmanqızı Modern.az saytına müsahibə verib.

“Cebheinfo.az” həmin müsahibəni təqdim edir:

- Afət xanım, rəsmi qurumda fəaliyyətə başlamısınız, sizi yenə jurnalist hesab edə bilərik?

-  Keçmiş jurnalist olmur. Bu ifadəni qəbul etmirəm. Fəaliyyətə başladığım rəsmi qurumda da işim elə jurnalistika ilə, bu peşənin insanları ilə bağlıdır. Yəni əsas fəaliyətimiz azad Qarabağımızda görülən işləri həmkarlarımın vasitəsilə hamıya göstərməkdir. İstəyimiz də odur ki, hər kəs bu gün Xankəndidə, Xocalıda, Ağdərədə aparılan quruculuq işlərindən xəbərdar olsun. Uzun illərdən sonra doğma torpaqlarımızda həyatın yenidən canlandığını hamı görsün.

- Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatınız necə baş verdi?

- 28 illik jurnalist fəaliyyətim dövründə hamı kimi belə bir arzu diləyirdim: o gün olsun ki, işğal altındakı torpaqlarımızın azad edilməsi haqda xəbərləri ictimiayyətə çatdırım. Bu arzum gerçək oldu. Bu sevincli xəbərləri, həmkarlarım kimi mən də efirdən çatdırmaq şərəfinə nail oldum. Bu gün isə azad Qarabağın yenidən qurulmasına şahidlik edirəm. Bu bir tarixi şansdır. O ki qaldı təyinata, qəfil oldu. Təklifi böyük sevinclə dəyərləndirdim.

- Rəsmi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaq çətin deyil ki?

- Məsuliyyətlidir desəm, daha doğru olar.  

- LAF TV-ni yaradan iki jurnalistdən birisiniz. Yenə təsisçi olaraq qalırsınız?

-  5 ilə yaxındır ki, LAF TV fəaliyyətdədir. İnternet TV məkanında öz sözünü demiş TV-miz haqqında çox danışa bilərəm. Həmkarım Ləman Ələşrəfqızı ilə birgə qurduğumuz bu kanal haqqında bir söz hər şeyi ifadə edəcək: LAF TV-nin bu gün öndə olması böyük zəhmət, əziyyət tələb etdi və ən əsası operativlik, peşəkarlıq bizi önə çıxardı. Yeganə internet kanal idik ki, təkcə siyasi, sosial müzakirələrlə deyil, həm də xəbərlərlə efirə başladıq. Əsasən də 44 günlük müharibə zamanı biz internet TV məkanına xəbər janrını da gətirdik. Bu bir gerçəklikdir. Bizdən əvvəl fəaliyyət göstərən internet TV-lərin heç birində xəbər buraxılışları olmamışdı. Bizdən sonra isə çoxları bizim yolumuzu getdi. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. İnternet TV məkanına xəbər vermək ənənəsini LAF TV gətirdi. LAF TV övladım sayılır. Harda oluramsa olum.

- Ümumiyyətlə, LAF TV digər internet televiziyaları ilə rəqabət mühitində hansı yerə sahibdir?

- Qısaca deyəcəm: LAF TV xəbərə, hadisəyə yanaşması ilə hər bir kanaldan fərqlənir.

- Artıq bir aydan çoxdur ki, ailənizlə birlikdə Qarabağa köçmüsünüz, Xankəndidə yaşayırsınız. Əsliniz də Zəngilan rayonundandır. Qarabağa köçüb yaşamaq necə bir hissdir?

- Həmin hissin adına xoşbəxtlik deyərəm. Sanki yuxudayam. Amma şükürlər olsun ki, yaşananlar yuxu deyil.

- Xankəndidəki ab-hava haqqında nələ deyə bilərsiniz?

- Heç vaxt Xankəndidə olmamışdım. Şəhər haqqında yalnız sakinlərindən eşitmişdim. İndi isə gözlərimlə gördüm. Xanın kəndinin gözəlliyini sözlə ifadə etmək çətindir.  

- Övladlarınız Xankəndi şəhərindəki 4 № məktəbə gedir, orada təhsilin səviyyəsi necədir, Bakı məktəblərindən hansısa fərqi varmı?

- Bəli. Qızım Cəmilə 9-cu, oğlum Ülvi isə 5-ci sinifdə oxuyur. Məktəbdəki nizam-intizama, yüksək səviyyəli təhsilə söz ola bilməz. Burda çalışan pedaqoqlar ən yüksək balla işə qəbul olunanlardır. Yəqin əlavə şərhə ehtiyac yoxdur.   

- Həyat yoldaşınız hansısa işlə təmin olunubmu?

- Bəli. Qarabağ regional qaz istismar idarəsində çalışır. 

- Qohumlardan uzaq düşmüsünüz, amma belə deyim var ki, yaxın qonşu uzaq qohumdan da yaxşıdır. Xankəndidə yaşayan insanlar sizə yaxşı qonşuluq edirmi?

-  Xankəndidə doğma bir mühit var.Hamının bir-birinə münasibəti o qədər istidir ki... Sanki illərdir bir-birlərini tanıyırmış kimi davranırlar.

- Bakı üçün darıxırsınız?

- Bakı doğulduğum, böyüdüyüm şəhərdir. Xankəndi isə arzularımızın şəhəridir. Az müddət keçsə də, Xankəndi də mənim doğma şəhərimə çevrildi.     

- Xankəndidə yaşayan erməni sakinlərdən sizə hansısa müraciət daxil olur?

- Hər hansı bir müraciət daxil olmayıb. Buna yəqin ehtiyac da olmayıb. Şəhərdə sərbəst, təhlükəsiz, problemsiz yaşayırlar.

- Qarabağda quruculuq işləri nə yerdədir, rəsmi qurumun şöbə müdiri olaraq bizə eksklüziv xəbər verə bilərsiniz?

- Quruculuq işləri gedir. Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və Mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər də davam etdirilir.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri