Icma.az
close
up
RU
Ermənilər Qarabağda tarixi necə saxtalaşdırıblar? Afət Telmanqızı gizlinləri AÇIQLADI

Ermənilər Qarabağda tarixi necə saxtalaşdırıblar? Afət Telmanqızı gizlinləri AÇIQLADI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Sizə Xankəndinin ən hündür nöqtəsindəki erməni mağarasından, ermənilərin saxtalaşdırdığı tarixdən danışacam və göstərəcəm. Gördüklərim, ermənilərin həmişə saxta tarix yazmaq üçün çalışdığını, biz hər şeyin əvvəlində olmuşuq kimi uydurma fikirlərlə beynəlxalq dəstək qazanmaq niyyətlərini bir daha təsdiqlədi. Beləliklə, siz də görün. Görün ermənilər Qarabağda tarixi necə saxtalaşdırıblar".

Redaktor.az xəbər verir ki, bunu jurnalist Afət Telmanqızı özünün feysbuk səhifəsində yazıb. O, deyib ki, işğal dövründə Xankəndinin ən hündür nöqtəsi - Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində nəhəng bir kompleks tikilib:

"Əgər xatırlayırsınızsa, 6-7 il bundan əvvəl erməni KİV-də də separatçıların başçısı Bako Saakyanın həmin kompleksi ziyarət etməsinin xəbəri, görüntüləri də yayılmışdı. O zaman ermənilər bununla Xankəndinin, guya tarixi erməni torpaqları olduğunu göstərmək istəmişdilər. Beynəlxalq ictimai rəyi, həm də daxili ictimai şüuru çaşdırmaq üçün yalançı tarixi abidələr inşa edən ermənilər, xaç şəkilli kompleksdə görün nələr ediblər? Kərkicahanda ermənilər tarixi necə saxtalaşdırıblar? Bu kompleks Xankəndinin ən yüksək nöqtəsindədir. Kənardan böyük modern tipli kompleks kimi görünən bu yer içəridən bir mağaradır. Kərkicahandakı bu süni mağarada erməni mifologiyasının dırnaqarası tanrıları təsvir olunub. Amma bu fiqurlar sadəcə mif deyil, siyasi mesaj daşıyan obrazlardır.Mağaradakı abidə, şəkillər estetik bəzək deyil.Qanadlı şir, qartal fiquru, daşlara həkk olunmuş silah-sursat, hərbi texnika, girişdəki kök atmış ağac təsviri və digər müxtəlif obrazlar, ermənilərin bizim kökümüz buradır, ilkimiz buradır Qarabağdır kimi saxta, yalançı tarixi, real olmayan faktlara əsaslandırmaq cəhdidir.Bunlar uydurulmuş ilklik iddiasını gücləndirmək üçün yaradılıb. Bütün bunlar isə bir daha göstərir ki, ermənilər həmişə saxta tarix yazmaq üçün çalışıb və bununla beynəlxalq dəstək qazanmaq istəyiblər".

Vasif ƏLİHÜSEYN 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri