Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

AFEZ in Səlahiyyətli Qurumunun nümayəndə heyəti Almaniyada tədbirə qatılıb

AFEZ in Səlahiyyətli Qurumunun nümayəndə heyəti Almaniyada tədbirə qatılıb

Icma.az bildirir, Report.az portalına istinadən.

Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun nümayəndə heyəti Almaniyanın Maynts şəhərində keçirilən “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” adlı tədbirdə iştirak edib.

Azərbaycanın Almaniyadakı Səfirliyi ilə Reynland-Pfalts Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan bu tədbir Alman-Azərbaycan ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və yeni biznes imkanlarının araşdırılması üçün platforma rolunu oynayıb.

Tədbirin açılış nitqində Reynland-Pfalts Sənaye və Ticarət Palatasının baş icraçı direktoru xanım Karina Szwede ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu tədbirin əhəmiyyətini vurğulayıb. O, bu platformanın hər iki ölkənin iş adamları üçün yeni perspektivlərin müzakirəsi və potensial tərəfdaşlıqların qurulması baxımından vacib olduğunu qeyd edib.

Daha sonra, Reynland-Pfalts İqtisadiyyat, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin dövlət katibi xanım Petra Dik-Valter enerji təhlükəsizliyində Azərbaycanın Almaniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycanın strateji coğrafi mövqeyinin Alman şirkətləri üçün Mərkəzi Asiya və digər bazarlara çıxış imkanı yaratdığını bildirib.

Azərbaycanın Almaniyadakı səfiri cənab Nəsimi Ağayev tədbirdə çıxış edərək, ölkənin strateji mövqeyi, əlverişli investisiya mühiti və xüsusilə Alman investorlar; üçün cəlbedici imkanlar təqdim edən AFEZ barədə məlumat verib.

Daha sonra maraqlı panel müzakirələri keçirilib.

Panel çərçivəsində V.Ələsgərov AFEZ-in üstünlüklərini vurğulayaraq, onun strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri, eləcə də nəqliyyat-logistika mərkəzlərinin əhəmiyyətindən danışıb. O, həmçinin investorlar üçün təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi barədə məlumat verib. Cənab Ələsgərov qeyd edib ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan, innovativ texnologiyalar və qabaqcıl beynəlxalq standartlara uyğun fəaliyyət göstərən investorlar AFEZ-də bizneslərini qurmağa dəvət olunur.

Bundan əlavə, cənab Ələsgərov AFEZ-in əsas üstünlüklərindən biri kimi sadələşdirilmiş qeydiyyat prosedurlarını qeyd edib, bildirib ki, AFEZ ərazisində yaradılan hüquqi şəxslər AFEZ qanunvericiliyinə uyğun fəaliyyət göstərir və bu qanunvericilik əsas iqtisadiyyatın qanunlarından üstün hesab olunur. Bunun bariz nümunəsi kimi, Milli Məclisin 90-dan çox qanuna (o cümlədən vergi, gömrük, lisenziyalaşdırma, əmək, mübahisələrin həlli və s.) dəyişiklik etdiyi və bu dəyişikliklərdə AFEZ qanunvericiliyinin əsas iqtisadiyyatın qanunlarından üstün olduğu açıq şəkildə qeyd edildiyi bildirilib.

Həmçinin, investorlar üçün proseslərin daha da asanlaşdırılması məqsədilə AFEZ İdarəetmə Qurumunun “Vahid Pəncərə” Biznes Mərkəzini yaratdığı vurğulanıb. Bu mərkəz AFEZ-də biznes qurmaq istəyən investorlar üçün yeganə əlaqə nöqtəsi kimi çıxış edir və hər hansı əsas iqtisadiyyat qurumlarının iştirakı olmadan fəaliyyət lisenziyaları, planlaşdırma və tikinti icazələri və digər lazımi sənədləri verir.

Cənab Ələsgərov AFEZ-in strateji mövqeyini də xüsusi qeyd edərək, zonanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın yerləşməsinin beynəlxalq ticarət dəhlizlərinə, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və Şimal-Cənub Nəqliyyat Dəhlizinə birbaşa çıxış imkanı yaratdığını bildirib. Bu əlaqələr AFEZ-in logistika imkanlarını artırır, multimodal daşımaları dəstəkləyir və qlobal ticarəti asanlaşdırır.

Sonda cənab Ələsgərov AFEZ-də "yaşıl enerji" təşəbbüslərinin fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb. O, zonada fəaliyyət göstərən müəssisələrə etibarlı yaşıl enerji təmin etmək məqsədilə əlverişli şərtlər yaradıldığını, bərpa olunan enerji sahəsində çalışan şirkətlərin AFEZ-ə böyük maraq göstərdiyini qeyd edib. Günəş panelləri, külək turbinləri və digər bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı təmin edildiyi təqdirdə, xərcləri azaldacaq və səmərəliliyi artıracaq, AFEZ investorları isə ucuz yaşıl enerjidən faydalanmaq imkanı əldə edəcəklər.

Beləliklə, “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” tədbiri Alman şirkətləri üçün Azərbaycanın genişlənməkdə olan imkanlarını təqdim edərək, ölkənin strateji üstünlüklərini və investisiya potensialını iştirakçıların diqqətinə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri