AFFA 190 min manat borcu olan bu kluba STOP QOYDU
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
I Liqada mübarizə aparan “Mingəçevir”də vəziyyət getdikcə gərginləşir.
Klub daxilində yaşanan böhran artıq ciddi həddə çatıb, bıçaq sümüyə dirənib.
“İşıqlar şəhəri”nin təmsilçisində yaranan problemlər yalnız uğursuz nəticələrlə bağlı deyil. Əsas səbəb maliyyə böhranı və futbolçuların aylardır maaşlarını ala bilməməsidir.
Belə ki, “Mingəçevir” artıq iki aydır məşqçi və futbolçu heyətinə maaş verə bilmir. Onsuz da titul sponsoru olmayan klub AFFA-dan ayrılan aylıq 30 min manatlıq maliyyə dəstəyi hesabına fəaliyyət göstərir.
Lakin hazırda həmin vəsaitin də klubun hesabına köçürülməməsi vəziyyəti daha da ağırlaşdırıb.
Bunun səbəbi isə ötən mövsüm komandada çıxış etmiş futbolçuların maaşlarının bir hissəsini ala bilməməsi və bununla bağlı məhkəməyə müraciət etməsidir.
AFFA-nın apardığı araşdırmalar nəticəsində “Mingəçevir”in ümumilikdə 190 min manat borcunun olduğu müəyyənləşib.
Bu məbləğə maaş borcları və faizlərin daxil olduğu bildirilir.
Mövcud vəziyyətdə klubun qarşısında konkret tələb 190 min manatlıq borcun ödənilməsidir.
Yalnız bundan sonra AFFA tərəfindən ayrılan maliyyə dəstəyinin bərpa olunması və komandanın maaş probleminin həlli mümkün ola bilər.
Əks halda, “Mingəçevir”də böhranın daha da dərinləşəcəyi gözlənilir.
Artıq baş məşqçi Elman Sultanov da belə şəraitdə işləmək istəmədiyini bildirib. Komandaya kənardan cəlb olunan futbolçuların da maaş almadan oynamağa davam etmək niyyətində olmadığı məlumdur.
İndiki vəziyyətdə “Mingəçevir” seçim qarşısında qalıb. Klub ya borclarını ödəyərək AFFA-dan ayrılan maliyyə vəsaitinin bərpasına nail olmalı, ya da məlum vəziyyətlə barışmalıdır. (Sportinfo.az)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Oktyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















