İnqilab Məmmədova “stop” AFFA hərəkətə keçdi!
Icma.az, sport24.az saytına istinadən bildirir.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakim İnqilab Məmmədovu cəzalandırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna ədalət təmsilçisinin Misli Premyer Liqasının VIII turunda keçirilmiş "İmişli" - "Qəbələ" (2:2) oyununda kobud səhvə yol verməsi səbəb olub.
"İmişli"nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə "Qəbələ"nin təhlükəli hücumunun qarşısını əllə alıb.
Buna baxmayaraq, matçın baş hakimi İnqilab Məmmədov "İmişli"nin braziliyalı legionerinə vərəqə göstərməyib.
Bu hadisədən sonra Məmmədov IX və X tur matçlarına təyinat ala bilməyib. Böyük ehtimalla, ona qarşıdakı həftələrdə də etimad göstərilməyəcək.
Bu mövzuda digər xəbərlər:Qərb derbisi İnqilab Məmmədova tapşırıldı
24 Sentyabr 2025 10:22
Mərkəzi oyun İnqilab Məmmədova tapşırıldı
05 Mart 2026 12:41
İnqilab Məmmədova IX turda təyinat verilmədi
21 Oktyabr 2025 16:02
Qərb Gürcüstanla bağlı hərəkətə keçdi Tbilisidə ya inqilab olacaq, ya da...
04 Noyabr 2024 19:53
Ət idxalına “Stop!”
27 Noyabr 2024 10:21
Baxış sayı:116
Bu xəbər 31 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















