AFFA 3 klubun akademiyalarına baxış keçirib FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində paytaxt klublarının akademiyalarına baxış keçirilib.
İdman.Biz bildirir ki, layihə çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.
Keçirilən görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:
- Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid;
- Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi;
- Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması;
- Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.
Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya Standartlarının əsasını təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















