AFFA rəsmiləri Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçiriblər FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev bu gün Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçiriblər.
İdman.biz xəbər verir ki, onlar əvvəlcə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançaya baxış keçiriblər.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.
AFFA rəsmiləri, eləcə də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. “Mingəçevir” klubunun nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıblar.
İdman.biz
Baxış sayı:118
Bu xəbər 29 Mart 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















