Icma.az
close
up
RU
AFFA Ayxan Abbasovu yığma komandaya gətirməklə düzgün seçim edib MÜSAHİBƏ

AFFA Ayxan Abbasovu yığma komandaya gətirməklə düzgün seçim edib MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı futbol məşqçisi Azər Məmədov Sportal.az saytıına müsahibə verib.

- Azərbaycan U-21 yığma komandasına Ayxan Abbasov baş məşqçi təyin edildi. Təyinatı necə şərh edərdin?

Ayxan Abbasovu bu şərəfli və məsuliyyətli təyinat münasibəti ilə təbrik edirəm. Allah qoysa, həm özü, həm də Azərbaycan futbolu üçün xeyirli və uğurlu olsun. AFFA Ayxan Abbasovu yığma komandaya gətirməklə düzgün seçim edib. Ayxan Abbasov artıq təcrübəli məşqçidir və ümid edirəm ki, U- 21 yığmasının nəticələrində və oyununda yeniliklər görəcəyik.

- Həm "Şamaxı", həm də U-21 yığmasında istənilən səviyyədə işləmək, hər ikisində də uğurlu olmaq mümkündür?

Düşünürəm ki, həm "Şamaxı", həm də U-21 yığmasında ayrı-ayrılıqda çətinlik yarada bilər. Amma yəqin ki, Ayxan AFFA ilə şərtləri razılaşdırıb. Uğurlu alınacaq deyə də, bu təyinata razılığını verib.

- "Şamaxı"nın U-21 yığmasının bazası olacağı bildirilir. Bu klub Premyer Liqada qalacağı təqdirdə, yeni sezon U-21 yğmasının bazası olması ideyası yaxşı fikirdir? Səncə, bütün heyətin gənclərdən ibarət olması çətinlik yaratmayacaq?

- Bəli, əgər "Şamaxı" U- 21 yığmasının özəyini yığa bilsə, yaxşı fikirdir. Sadəcə burada klubların da AFFA ilə işbirliyindən çox şey asılı olacaq. Onların öz oyunçularını "Şamaxı"ya verib-verməməsini nəzərdə tuturam. Heyətin hamısının gənclərdən təşkil edilməsinə gəlincə, çempionatda çətin olacaq. Üstəlik, legioner limitinin ləğvi də baş tutacaq. Onun üçün legionerlərlə miks heyət qurulsa, problem olmaz. 

- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Yəqin ki, bu qərardan sonra A milli ilə yanaşı U-21 yığması üçün də çətinlik oyunçu tapmaq çətinlik yaradacaq...

Düzdür, razıyam. U-21 yığmasının heyətinə düşəcək oyunçuların oynaması elə bu komandanın formalaşmasında böyük önəm kəsb edəcək. Dediyim kimi, əgər U-21 yığmasının özəyi "Şamaxı"da yığılarsa, yaxşıdır. Hər halda, həmin futbolçular da oyun praktikasından əziyyət çəkməzlər.

- Azərbaycanın A milli komandasını qarşıda Haiti və Belarusla görüşlər gözləyir. Bu görüşlər millimizə nə qazandıracaq səncə?

Haiti və Belarusla görüş millimizə təcrübə qazandıracaq. Üstəlik, yeni futbolçuların milliyə necə təsir edəcəklərini də görəcəyik.

- Daha çox diqqət çəkən məqam Birinci Liqadan A milliyə futbolçu dəvət olunması idi. Bu onu göstərir ki, yeni ildən daha çox oyunçu Birinci Liqadan milliyə cəlb ediləcək?

- Birinci onu deyim ki, uzun müddətdən sonra millidə Gəncədən futbolçunun yer alması sevindirici haldır. Şahin uşaqlıqdan tanıyıram, perespektivli futbolçudur. Bu, onun üçün böyük uğurdur. Amma uğurun arxasını gətirmək lazımdır. Bunu da daha çox çalışmaqla etmək mümkündür. Həm Şahinə, həm də millimizə uğurlar arzulayıram. Birinci Liqadan A milliyə futbolçu dəvət edilməsinə gəlincə, bu, həm də orada oynayan futbolçularımıza stimul olacaq. Onlara da diqqət var, millinin qapısı bütün oyunçular üçün açıqdır. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri