Icma.az
close
up
RU
Şamaxı Ayxan Abbasovu istefaya səslədi

Şamaxı Ayxan Abbasovu istefaya səslədi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı – Kəpəz (Gəncə) 0:1 (0:0)
1. Rikardo Fernandes – 5,5
60. Səbayıl Bağırov (k) – 5,5
17. Rafael Məhərrəmli – 5,0
(24. Edqar Adilxanov, 82) – qiymətsiz
5. Arsen Ağcabəyov – 5,5
82. Rüfət Abbasov – 5,5
32. Vasiliye Radenoviç – 4,5
(22. Qurban Səfərov, 87)  - qiymətsiz
11. Conatan Benteke – 5,5
(6. Rauf Rüstəmli, 46) – 5,0
20. Leroy Mikels – 6,0
93. Brahim Konate – 5,5
(10. Emin Zamanov, 77) – qiymətsiz
7. Georgi Kantariya – 5,5
9. Belajdi Pusi – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
70. Nicat Xasıyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
1. Rojerio Santos – 6,5
7. Ehtiram Şahverdiyev - 5,5
12. Turan Manafov – 5,5
70. Nicat Süleymanov – 5,5
(77. Viktor Braqa, 90+1) – qiymətsiz
5. Rauf Hüseynli – 5,5
(21. Camal Cəfərov, 81) – qiymətsiz
26. Valdemar Almeyda – 5,0
9. Luis Paçu – 6,5
29. Dioqo Verdaska – 5,0
78. Yeqor Xvalko (k) – 5,5
3. Mahamadu Ba – 4,5
10. Karim Lkoça – 5,5
(11. Orxan Əliyev, 81) – qiymətsiz
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
99. Əli Səmədov
20. Mahir Həsənov
17. Ümid Səmədov
19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rojerio Santos
Qol: L.Paçu, 69.
Paçu 60-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: D.Verdaska, 64 (qeyri-idman hərəkəti). R.Hüseynli, 67 (oyunun bərpasının ləngidilməsi). G.Kantariya, 90+1 (qeyri-idman hərəkəti. Y.Xvalko, 90+1 (qeyri-idman hərəkəti). R.Santos, 90+5 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov (hamısı  Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
30 noyabr. Şamaxı. Şəhər stadionu. 600 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şamaxıya ilk səfərim deyildi, amma şəhər stadionuna ilk dəfə gedirdim. Stadionu, ordakı atmosferi maraq edirdim. Qarşılaşma özü də müəyyən mənada əhəmiyyətli idi. “Şirlər” 7 oyunluq qələbəsizlik seriyasını qırmaq, azarkeşlərini sevindirmək niyyətindəydi. Gəncəlilər isə nəhayət, sonuncu pillədən qurtulmaq istəyirdi.
İlk təhlükəli vəziyyəti 9-cu dəqiqədə qonaqlar yaratdı. Ehtiramın uzaqdan zərbəsini Rikardo Fernandes dəf etdi. 12-ci dəqiqədə Kantariya uzaq məsafədən zərbə vursa da, “çərçivə”yə düşmədi. 22-ci dəqiqədə Mikelsin qapı önündə boşluqdan yararlanmaq istəyi də alınmadı. 28-ci dəqqiədə meydan sahibləri daha bir şansı boşa verdi. Benteke Xvalko ilə mübarizədə ləngiyərək Santosun irəli çıxmasına fürsət yaratdı. 33-cü dəqiqədə “9 nömrə” bu dəfə də qapını nişan almağa çalışsa da, top qapının yaxınlığından keçdi.
Qarşılaşmanın ikinci hissəsi daha çox hava ötürmələri ilə yadda qaldı. 49-cu dəqiqədə Mikelsin ifasında öyrəşdiyimiz uzaqdan zərbəni görsək də, Santos yerində idi. 55-ci dəqqədə Pusinin əllə oynaması səbəbindən meydan sahiblərinin qapısına penalti təyin olundu. Düzdü, bu epizodun incələnməsinə hədsiz çox vaxt getdi. Fernandes Paçunun o qədər qüvvətli olmayan zərbəsinin qarşısını aldı, cari mövsümdə ilk dəfə penalti qaytaran qapıçı kimi fərqləndi. Amma həmin Paçu tezliklə günahını yudu. Qolda onun qədər Turan Manafovun da əməyi var. Turannın qüvvətli zərbəsini Radenoviç uğursuzcasına qaytardı, topu önündə görən Paçu təkrar zərbə ilə fərqləndi.
Təbii ki, “Şamaxı” hesabı bərabərləşdirmək üçün irəli atıldı. 80-ci dəqiqədə Pusinin zərbəsi qeyri-dəqiq oldu. 3 dəqiqə sonra Mikels növbəti dəfə qapını “nişan alsa” da, gəncəlilərin qapıçısı yerində idi. Beləliklə, qələbəni qoruyan “Kəpəz” sonuncu pillədən qurtuldu. Ayxan Abbasovun komandası isə ardıcıl qələbəsiz oyunlarının sayını 8-ə çatdırdı. Və bunun da məntiqi nəticəsi kimi şamaxılı azarkeşlər ilk dəfə baş məşqçini istefaya səslədilər.
Gözdən qaçmadı
* “Kəpəz Ultras” və “Xəmsə” komandanı tək qoymamışdı. “Şamaxı” isə sıravi azarkeşlər tərəfindən dəstəklənirdi.
* Yerli azarkeşlər rəqibin kapitanı Xvalkoya “heç nə yoxdu, hakimin qulağına heç nə pıçıldama, sarıbaş” kimi ifadələr işlədirdi. Onlar hakimin qərarlarına da emosianal reaksiya verirdi.
* “Kəpəz”in azarkeş qrupu oyunboyu “Azər, “Ultras” sənə inanır” şüarını səsləndirdi.
* Tribunalarda Yeni ilin personajlarından sayılan Şaxta Baba var idi.  
* Matçın sonunda yerli azarkeşlər Ayxan Abbasovu istefaya səslədi.
* 90+5-ci dəqiqədə əvəzlənən Nicat Süleymanovu tələsdirən “Şamaxı” futbolçuları ilə münaqişə yaşandı. Nəticədə Kantariya sarı vərəqə ilə cəzalandı.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri